Yuxarı

Deputatdan keçmiş məcburi köçkünlərlə bağlı təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan keçmiş məcburi köçkünlərlə bağlı təklif

Keçmiş məcburi köçkünlərə yaxınlarını Qarabağda dəfn etməyə şərait yaratmağı təklif edirəm.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.

O bildirib ki, məcburi köçkünləri Qarabağa mənən bağlamaq lazımdır:

"Ora köç illər alacaq. Təklif edirəm ki, bərpa olunan və bərpa ediləcək yerlərdə ilkin olaraq məzar yerləri hazırlansın".

Deputat təklif edib ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin:

"İnanıram ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Təklif edirəm ki, dövlət infrastruktur yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin. Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq".

Tarix
2025.05.30 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla