Yuxarı

Bakıda İranla bağlı bu tədbir təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda İranla bağlı bu tədbir təxirə salındı

Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (İCMEİ) məlumat verilib.

Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı.

Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı.

Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi.

İCMEİ-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 204,54 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. 5 ayda Azərbaycandan İrana ixracın dəyəri 5,85 milyon ABŞ dolları (+29 %), bu ölkədən idxalın dəyəri isə 198,69 milyon ABŞ dolları (+11,1 %) təşkil edib.

2024-cü ildə isə iki ölkə 2023-cü illə müqayisədə 33 % çox - 647 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Rəsmi Bakı və Tehran bu göstəricini növbəti 5 il ərzində 10 milyard ABŞ dollarına çatdırmaq məqsədi qoyub.

Tarix
2025.06.16 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla