Yuxarı

“Zeytun Bağları” növbəti ekoloji layihəsini reallaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zeytun Bağları” növbəti ekoloji layihəsini reallaşdırdı

“Zeytun Bağları” markası “yaşıl gələcək” şüarını əsas tutaraq növbəti sosial məsuliyyət layihəsinə imza atıb.

Axar.az xəbər verir ki, layihə çərçivəsində Xəzər dənizinin Nardaran sahilində təmizlik aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları, Bakı Qida və Yağ Fabrikinin kollektivi, eləcə də könüllü ekofəallar fəal iştirak ediblər.

100-ə yaxın iştirakçının qatıldığı aksiya zamanı sahilboyu ərazi tullantılardan təmizlənərək, ətraf mühitin mühafizəsinə mühüm töhfə verilib.

Qeyd edək ki, “Zeytun Bağları” təkcə bu layihə ilə kifayətlənmir.

Marka uzun müddətdir ki, ekoloji dayanıqlıq və təmiz mühitin qorunması istiqamətində həm yerli, həm də beynəlxalq səviyyəli layihələrdə aktiv iştirak edir.

Ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif maarifləndirmə kampaniyaları və sosial aksiyalar təşkil edən marka, bu sahədə cəmiyyətə nümunə olmaqda davam edir.

Bu kimi təşəbbüslər bir daha göstərir ki, “Zeytun Bağları” yalnız məhsulları ilə deyil, həm də ətraf mühitə olan qayğısı ilə fərqlənən bir brend kimi çıxış edir.

Tarix
2025.06.19 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla