Yuxarı

Övladının peşə seçimində valideynin rolu... - Sosioloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Övladının peşə seçimində valideynin rolu... - Sosioloq

Hazırda Azərbaycanda valideynlərin övladlarının peşə seçiminə təsiri əvvəlki illərlə müqayisədə müəyyən qədər azalıb. Bunun əsas səbəbləri arasında yeni peşələrin yaranması, müxtəlif sahələrdə ixtisaslaşma imkanlarının artması və xaricdə təhsil alma şanslarının genişlənməsi dayanır. Gənclər bu gün öz maraq dairələrini və imkanlarını valideynlərdən daha dəqiq müəyyənləşdirə bilirlər.

Bu fikirləri Axar.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Onun sözlərinə görə, bəzi hallarda valideynlər hələ də övladlarının peşə seçiminə təsir göstərməyə çalışırlar:

“Valideynlər ya vaxtilə özləri əldə edə bilmədikləri statusu övladlarının əldə etməsini istəyir, ya da mövcud mövqelərinin övladları tərəfindən davam etdirilməsinə çalışırlar. Bu isə bəzən gənclərin gələcək karyerasında maneələr yaradır və onların öz potensiallarını tam reallaşdırmalarına əngəl olur”.

Sosioloq hesab edir ki, müasir dövrdə gənclərə peşə seçimində azadlıq vermək, onların fikirlərinə və baxışlarına hörmətlə yanaşmaq mühüm əhəmiyyət daşıyır:

“Gənclər informasiya texnologiyalarına daha yaxın olduqları üçün müxtəlif sahələr haqqında daha dolğun və real təsəvvürə malikdirlər. Valideynlərin isə bəzən bu sahələr haqqında əvvəlki biliklərinə əsaslanaraq yanlış qərarlar verməsi müşahidə olunur. Əsas məsələ isə övladın seçimini başa düşmək, onu dinləmək və bu sahədə öz biliklərini yeniləməkdir. Valideynin rolu övladının yolunu bağlamaq yox, onu anlayışla yönləndirmək olmalıdır”.

Sosioloq əlavə edib ki, müasir ailə modeli gənclərin maraq və bacarıqlarını nəzərə almalı, onların azad peşə seçiminə şərait yaratmalıdır:

“Ola bilər ki, övlad müəyyən sahəyə maraq göstərir, amma valideyn onu yalnız “nüfuzlu” hesab edilən peşələrə yönəltmək istəyir. Bu kimi hallar ailədaxili konfliktlərə, daha sonra isə gəncin peşə həyatında uğursuzluqlara səbəb ola bilər”.

Sonda Hüseyn İbrahimov vurğulayıb ki, gənclərin istər humanitar, istər də texniki sahələrdə uğur qazanmaları üçün onların maraq və potensialına güvənmək, düzgün informasiya dəstəyi ilə seçimlərinə hörmətlə yanaşmaq lazımdır.

Tarix
2025.06.26 / 09:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla