Yuxarı

“Asan xidmət”dən “kupça”ları kim ala bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur".

Bu sözləri "Axar.az"ın mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağı sualını cavablandıran "Asan xidmət"in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib.

Fevralın 22-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Asan xidmət") mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların ("kupça") verilməsinə başlanılıb. Məsələ ilə bağlı "Asan xidmət"in ictimaiyyətlə əlaqələr sektorundan kütləvi informasiya vasitələrinə verilən məlumatda deyilir ki, fevralın 22-dən etibarən vətəndaşlar "kupça"ları həm "ASAN Xidmət" mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər.

Amma əldə etdiyimiz məlumata görə, qurumun göstərdiyi bu xidmətdə müəyyən məhdudiyyətlər var. Belə ki, "Asan xidmət" mərkəzlərində yalnız 2006-ci ildən sonra qeydiyyata alınmış mənzillərə və həyət evlərinə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar verilir. Həmin ilə qədər qeydiyyata alınmış mənzil sahibləri isə yenidən sənədləşməni Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərində həyata keçirməlidilər. Bu məsələ isə "Asan xidmət"in xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov isə "Asan xidmət"də bu xidmətin hələ təzə fəaliyyətə başladığını və artıq ilk müraciətlərin olduğunu bildirdi:

"Bilirsiniz ki, "Asan xidmət" mərkəzlərində bu xidməti həmin məsələlərlə məşğul olan qurumun rəhbərliyi həyata keçirir. Bizim vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Qaldı dediyiniz məsələyə, bildiyiniz kimi, 2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur. Məhz həmin qeydiyyat vəsiqələri olmayan ev sahibləri müvafiq dövlət qurumundan həmin sənədi yenidən almalı, yaxud onun itirilməsini təsdiq edən sənəd gətirməlidir. Amma ümumilikdə "Asan xidmət" mərkəzlərində bu məsələ ilə bağlı bütün vətəndaşlara xidmət göstərilir".

Tarix
2014.02.24 / 22:00
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla