Yuxarı

Azərbaycanda müəllim gəlinini öldürdü - Şok təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda müəllim gəlinini öldürdü - Şok təfərrüat

10:55

Qobustan rayonunda qətl hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Günel Ağabəyli evində qətlə yetirilib.

G.Ağabəylinin qayınatası Orucağa Ağayev tərəfindən öldürüldüyü iddia edilir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində O.Ağayev şübhəli şəxs qismində saxlanılıb.

***

Qobustan rayonunda 24 yaşlı gəlinin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Məlumata görə, faciə baş verən ailənin hamısı təhsil işçisi imiş.

Qətlə yetirilən G.Ağabəyli həyat yoldaşı Tayfun Ağabəyli ilə tələbə yoldaşı olub və hər ikisi Təklə kənd orta məktəbində musiqi müəllimi işləyirmiş. Cütlük iki il öncə ailə həyatı qurub, övladları olmayıb. Şamaxı şəhər sakini olan G.Ağabəyli iki il öncə Təklə kəndinə gəlin gəlib.

Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev həmin orta məktəbdə ibtidai sinif müəllimi işləyib, iki il əvvəl yaşa görə təqaüdə çıxıb. O.Ağayevin həyat yoldaşı Sevil Ağayeva isə həmin məktəbdə kitabxanaçı işləyir.

Məlumata görə, hadisə ani baş verib. Hadisə vaxtı O.Ağayevin oğlu Tayfun Ağabəyli evdə olmayıb, G.Ağabəyli ilə qayınanası S.Ağayevə evin eyvanında çay içirmişlər. Həmin vaxt O.Ağayev evə gələrək onlardan çay istəyib. S.Ağayeva həyat yoldaşına çay gətirmək üçün mətbəxə keçib və bu vaxt qəfil qışqırıq səsi eşidib. Dərhal geri qayıdan qadın həyat yoldaşının əlində dəmir parçası ilə gəlinləri G.Ağabəylinin baş nahiyəsinə zərbələr endirdiyini görüb. Qadın ərinə mane olmağa çalışsa da, mümkün olmayıb. Bu zaman O.Ağayev həyat yoldaşının da baş və bədən nahiyəsinə ağır zərbə endirib və qadın zərbənin təsirindən huşunu itirib. Bundan sonra O.Ağayevin G.Ağabəylini xüsusi amansızlıqla qətlə yetirdiyi ehtimal edilir.

Hadisədən sonra O.Ağayev Qobustan Rayon Polis Şöbəsinə gedərək təslim olub.

İlkin ehtimala görə, O.Ağayev G.Ağabəylini qısqanclıq zəminində qətlə yetirib. Məlumata görə, o, gəlininin başqa bir şəxslə münasibətdə olduğunu eşidib və bu səbəbdən qətlə yetirmək qərarına gəlib. Buna görə də O.Ağayev evə gələrək həyat yoldaşını çay gətirmək adı ilə mətbəxə göndərəndən sonra gəlinə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2025.07.07 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla