Yuxarı

Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...

Ağstafada bədbəxt hadisə baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Ş.İsmayılova yaşadığı evdə pəncərəni təmizləyən zaman yıxılıb. Gənc qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ötən ay ailənin azyaşlı övladı - 2024-cü il təvəllüdlü N.İsmayılova qəfil ölüb. Ötən ilin avqust ayında isə İsmayılovların övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.

Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər. Ş.İsmayılova Füzuli və Xatirə İsmayılovların gəlini olub.

Tarix
2025.07.08 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla