Yuxarı

Bakıda tanınmış ekstrasensin meyiti tapıldı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:49

Bakıda tanınmış ekstrasensin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş.

Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi.

***

Bakıda tanınmış ekstrasens Timur Nəsirovun ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, 29 yaşlı ekstrasens xeyli müddət əvvəl hər iki valideynini itiribmiş. Son illərdə bir neçə dəfə ailə quran və bütün izdivacları uğursuz olan ekstrasens Yeni Günəşlidə dostunun evində qalırmış. Ailəli olan dostu, Timura bir çox məsələlərdə dəstək olurmuş.

Bildirilir ki, dünən özünü narahat hiss edən T.Nəsirova tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma da müraciət edilib. Lakin artıq gec olub və gənc ekstrasens vəfat edib.

Qeyd edək ki, T.Nəsirovun birinci evliliyindən 5 yaşlı oğlu qalıb.

Tarix
2016.06.30 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla