Yuxarı

Dünyanın Bakı və Ankaradan qorxusu - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın Bakı və Ankaradan qorxusu - Video

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) leqal üzü hesab olunan "Stratfor" Araşdırmalar Mərkəzinin direktoru, məşhur amerikalı politoloq Corc Fridman yaxın gələcəkdə Qafqazda və bu çevrədəki regionda dəyişəcək siyasi tarazlığı açıqlayıb.

Publika.az xəbər verir ki, C. Fridman Ankara və Bakının güclü bir ittifaq qurduqlarını və yaxın gələcəkdə bu güclərin böyük söz sahibinə çevriləcəyini bildirib.

Türkiyənin "A haber" telekanalının ötən ay hazırladığı reportajda C. Fridman deyir: "Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Ağdəniz və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək".

Amerikalı politoloq artıq bu prosesin başladığını vurğulayıb.

"Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu. Bu ölkənin iki özünəməxsus xüsusiyyəti var. Güclü ordu və canlı iqtisadiyyatı. Hazırda Türkiyə iqtisadiyyatına görə dünyada 17-ci yerdədir və hesab edirəm ki, 2020-ci ilə qədər o, onluğa daxil olacaq. Qısası regional güc ola bilmək üçün Türkiyənin hər şeyi var. Əsas əngəl daxili problemlərdir. Lakin Türkiyə bu problemi aradan qaldıra biləcək. Hazırda onun super güc olmağa psixoloji durumu hazır deyil. Türkiyə psixologiyasını super güc olmağa hazırlamalıdır. Yaxında Avropa Birliyi böhranla birgə çökmə prosesinə girəcək və Türkiyənin daha bu birliyə ehtiyacı qalmayacaq. Əksinə avropalılar Türkiyə ilə çox maraqlanacaqlar. ərəb dünyası da Türkiyənin hökmünü qəbul edəcək", - deyə C. Fridman bildirib.

Tarix
2015.08.07 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla