Yuxarı

Fit çalmaqla bir-birlərini başa düşən kəndlilər… - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fit çalmaqla bir-birlərini başa düşən kəndlilər… - Video

Türkiyənin Giresun bölgəsində fit çalmaqla bir-birilərini başa düşən Kuşköy kəndinin sakinləri vacib elmi bir araşdırmaya ilham qaynağı olublar.

​

Kəndlilərin "quş dili"ndə danışarkən beyinlərinin hər iki tərəfindən (həm sağ, həm də sol) istifadə etdikləri məlum olub.

Alimlər istər yazılı, istərsə sözlü, istərsə də işarələrlə münasibət quranda sol beynin istifadə olunduğunu düşünürdülər. Sağ beyinin isə musiqini, incəsənəti başa düşmək üçün istifadə olunduğunu güman edirdilər.

Almaniyanın Ruhr Universitetində işləyən biopsixologiya professoru Onur Güntürkün Giresunun Kuşköy kəndində "quş dili"ni ən yaxşı bilən 31 nəfər insan üzərində testlər edib.

Testlərin keçirildiyi əsnada kəndlilərin sağ və sol qulaqlarına eyni vaxtda sözlər və fit səsləri verilib. Onların eşitdiklərini doğru anlayıb, anlamadıqları müqayisə olunub.

Sağ qulaqla eşidilən sözlər, sol beyində dəyərləndirildiyi üçün testin 75 faizi müsbət nəticələnib. Yəni kəndlilər sol beyinlərindən də istifadə edə biliblər.

Lakin fit səslərində isə kəndlilərin beyninin hər iki hissəsinin işlədiyi məlum olub.

Axar.az Musavat.com-a istinadən Giresunun Kuşköy kəndinin sakinləri ilə bağlı maraqlı videonu təqdim edir.

Tarix
2015.08.18 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla