Yuxarı

Tərtərdə qeyri-adi toy karvanı - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə qeyri-adi toy karvanı - Video

Tərtərdə hamı onlardan danışırdı. Görənlər o anları qaçırmamaq üçün telefonları ilə çəkdilər. Söhbət yük maşınlarından ibarət toy karvanından gedir. Bir çoxları gəlin gətirmək üçün bahalı maşınlar axtarsa da Tərtər sakini ənənəni pozub, gəlinə sürpriz edib. Gəlini gətirməyə yük maşınlarından ibarət karvanla gedib.

Xəzərxəbər xəbər verir ki, Gəlin də, gəlini gətirənlər də hamısı yük maşınındadır. Toy karvanı yük maşınlarından ibarətdir. Görənləri təəccübləndirən toy Tərtərdə olub.

Çoxları gəlin gətirməyə bahalı və lüks avtomobil axtarışında olsa da Orxan Səfərli bu iş üçün öz "çörək ağacı" saydığı yük avtomobilini seçib. Bu işdə ona 35 illik yük maşını sürücüsü atası Sultan Səfərov və peşə yoldaşları dəstək verib.

Bunun üçün onlar əvvəlcə gəlin maşınını başdan ayağa bəzəyiblər. Avtomobili 26 yaşlı bəy özü sürüb. Digər 15 yük maşını ilə birlikdə Sarıcalı kəndindən Tərtər şəhərinə gəlin gətiriblər.

Bu anlar gəlin Arzu Səfərli üçün də unudulmaz olub. Yük avtomobillərindən ibarət toy karvanı Tərtər küçələrində xeyli marağa səbəb olub. Qohumları və dost - tanışları cütlüyə xoşbəxtlik arzulayıblar.

Tarix
2016.03.16 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla