Yuxarı

Mehriban xanımın Laçında dediyi bu söz...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən torpaqlarımıza yolunuz düşübmü? Düşübsə, nə dediyimi gözəl anlayarsınız: o yerlərə ayaq basmaq, göz dolusu görmək, havasını udmaq, varlığını, mövcudluğunu hiss etmək çox fərqli, çox təsirli, qeyri-adi, hətta müqəddəs yaşantılardır. Zehnin də yetərincə qavraya bilmədiyi möcüzəvi duyğular yaradır adamda. Elə bil başqa bir dünyada, başqa bir aləmdəsən. Təzələnirsən, yenilənirsən, sanki yenidən doğulursan, ruhunun qanadlanmasını cismin də hiss edir... Bəlkə də məhz mövcudluq, var olmaq hissi budur!

Mən bu hissləri Ağdama ilk dəfə qədəm basanda, Ağ Damımla qucaqlaşanda yaşamışam... Şuşaya hər dəfə səfər edəndə o qədər qəribə və gözəl duyğular yaşayıram ki, bilmirəm necə izah edim... Mistikadır sanki, baxdığımız, gördüyümüz hər dağ Tanrı dağıdır sanki: Tanrını iliyinə qədər hiss etməkdir sanki...

Yəni hələ ki, adını qoya bilmədiyim, tamı-tamına ifadə etməyə çətinlik çəkdiyim qeyri-adiliklərdən söz açıram. Sözdən də daha çox energetikadan bəhs etməyə cəhd göstərirəm. Amma əminəm ki, bilənlər bilir, ariflər anlayır...

İyul ayında Şuşada keçirilən Qlobal Media Forumunun əcnəbi iştirakçılarına baxdıqca düşünürdüm ki, görəsən, onlar bizi bizim qədər anlayırlarmı bu torpaqlarda, əsrarəngiz Şuşada, Cıdır düzündə qəlbimizdən, ruhumuzdan keçənləri, gözümüzdən, könlümüzdən süzülənləri... Onların da vətəni işğal olunubmu, evləri yağmalanıbmı? 30 il sonra qayıdanda evlərinin yerində qapqara daş parçaları, uçuq-sökük yetim divarları görüblərmi? Görüblərsə, nə ediblər, nə deyiblər, necə ovunublar? Yaraları sızıldayıbmı, içləri göynəyibmi, boğazları quruyubmu? Müvazinətlərini necə saxlayıblar həyətlərindəki ağacları qurumuş, kəsilmiş görəndə?..

Elə düşünürdüm ki, anlamırlar, anlamazlar. Amma bu günlərdə əcnəbi jurnalist Ricardas Lapaitisin Feysbukda Cıdır düzündən paylaşdığı fotoları və elə bu məzmunda yazdıqlarını görəndən sonra başa düşdüm ki, əslində avropalılara da bəllidir Şuşanın, Cıdır düzünün fərqliliyi və gözəlliyi, azərbaycanlılar üçün özəlliyi, müqəddəsliyi... Necə gözəl təsvir edib duyğularımızı, Şuşanın bizə sevgi və doğmalıq, can parçası, İlahi eşq kimi bir şey olduğunu, Candan da artıq olduğunu...

Bilgisayara diqqətlə baxıram. Monitordan dünya gözəlləşdirən, Günəş şüası kimi ətrafı sevgi səpən şəkillər boylanır...

Videolara baxıram. Adam bir boy ucaldığını hiss edir. Nə gözəl, deyilmi?

Nə möhtəşəm səhnələrdi – duyursunuzmu?

Öncədən planlaşan, ssenari qursan, məşq etsən, bu qədər təbii və içdən alınmaz: Laçında körpə uşaqlar Prezident İlham Əliyevin və Mehriban xanımın üstünə qaçır və onları o qədər doğmalıqla, sevinclə və səmimiyyətlə qucaqlayırlar ki...

Film deyil bu! Ssenari heç deyil! Bunun adı Sevgidir! Bunun adı o torpaqların insanın ruhunda, canında, cismində doğurduğu ucalığın şəkillənməsidir, ifadəsidir, görüntüsüdür...

Energetika o qədər heyrətamiz və möhtəşəmdir ki, kövrəlməmək, mütəəssür olmamaq əldə deyil.

Siz İlham Əliyevin üz cizgilərinə fikir verdinizmi? Əzəmət, əsalət, fərəh və sevgi yağır üz-gözündən, duruşundan. Ətrafa yaydığı enerji, yaratdığı aura aydınca göstərir: Ürəyi işıq saçır - çakraları açılıb; gözləri sevgidən bulaq kimi çağlayır... Bütövlükdə Vətənlə iç-içədir. Prezident o məqamda sözün əsl mənasında Vətəndir, Yurddur, Ocaqdır, Ocaq sahibidir!

Tək duruşu, baxışı, Vətən sevgisi, yurdun bütövləşməsindən duyduğu qürurla bu yurdu bir daha bölünməyə qoymayacağını göstərən Təkbaşına Ordudur!

Qalibiyyət nə qədər gözəldir, Ya Rəbb. Qələbə nələrə qadirdir, nə gözəlliklər yaradır! Biz sevdiyimiz insanlara adətən xoş günlərdə nə arzu edirik? Sağlamlıq, xoşbəxtlik, firavanlıq, sevgi... elə deyilmi? İlham Əliyev o vüqarlı və əzəmətli duruşuyla, körpə fidanları bağrına basmağı, qucağına götürməyi, öz boyu bərabərinə qaldırmasıyla hər bir azərbaycanlıya Ucalıq, Bütövlük, Birlik göndərirdi.

Nə dediyimi anlayırsınız, eləmi?

İnsan Vətəni ilə bütövdür, tamdır, vahiddir. Vətənin bir parçası işğaldadırsa, cisminin bir üzvü də “işğal olunub” demək – bax belə: əlinin biri şikəstdir sanki, işlədə bilmirsən; ya ayağın var, ancaq yeriyə bilmirsən; gözün var, görə bilmirsən, ürəyin var, amma daim aritmiyadan əziyyət çəkirsən...

Vətənin bir parçası işğaldadırsa, yerişin dəyişir, baxışın dəyişir, ürəyin fərəhlənmir, qan dövranı pozulur...

İşğal dəhşətli kompleksdir, adamı parça-parça edir. Dikələ, düzələ, bütövləşə bilmirsən. Həmişə yarımçıq hiss edirsən, sanki bir yarın, bir tərəfin ya yoxdu, ya boşdu...

İlham Əliyev o dəhşətli, o amansız işgəncələrdən qurtardı bizi: cismimiz, ruhumuz bütövləşdi. Biz illərlə “iflic olan” ayağımızın necə sağlam olduğunu Laçında hiss edirik; biz illərlə görməyən gözümüzün necə nurlu, işıqlı olduğunu Şuşanın əzəmətinə baxa-baxa görürük; ürəyimizin necə fərəhləndiyini Ağdamda duyuruq...

Monitora baxıram. Mehriban xanımın məhəbbət və xoşbəxtlik yağan gözlərinə. Uşaqları xüsusi mehribanlıqla bağrına basmağına. “Bu, mənim ən gözəl ad günlərimdəndir” sözlərini necə şövqlə, sevgiylə, səmimiyyətlə, razılıqla deməyinə. O sözləri Mehriban xanımın dili ifadə edir, ancaq bütün ruhu, qəlbi bu sözlərin şəklini göz önünə gətirir...

Sevginin, sevincin şəkli...

Mehriban xanımın gözəlliyi Laçında bir ayrı cür parlayır, fərqli cür görünür...

Bir məmur işini, vəzifəsini peşəkarlıqla görə bilər. Amma sevgiylə görmək, Vətən işinə iş kimi yox, sevgi kimi, eşq kimi baxmaq daha fərqli, daha uca bir mərtəbədir. Və bu iki insanı o mərtəbədə görmək insana qürur və güvən verir. Özünü təhlükəsizlikdə hiss edirsən. Öz nənnində, öz evində, öz yuvanda, öz yurdunda... Anlayırsınızmı?

Monitora baxıram. Baxmaqdan doymuram. Biz bu günləri, bu anları son 30 ildə bəlkə də otuz milyon dəfə arzu etmişik, xəyal etmişik, amma indi real olaraq gözümüzün önündədir. Biz Laçını Laçında bayram edirik, biz rahat-rahat dünyanın ən gözəl guşəsinə - Kəlbəcərə gedə bilirik, Biz Şuşadan, Cıdır düzündən şükranlıq dualarımızı dünyaya və kainata göndəririk...

Nağıl kimi gözəldir, amma nağıl deyil, gerçəklikdir...

Tanrıya şükür!

Tarix
2023.08.29 / 09:33
Müəllif
Aynur Camalqızı
Digər xəbərlər

Xocalı alındı... Sən getdin

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

Ramiz Novruz evindən, Azər Paşa Azdramdan?..

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla