Yuxarı

Rasim Balayev nəyi “səhv” etdi ki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanrı Rasim Balayevə uğur qazanması üçün hər şey verib: boy-buxun, səs, yaraşıqlı sima, fitri istedad;

Rasim Balayev Tanrının lütfündən aktyorluğu doğru zamanda, doğru yerdə seçib;

Tanrının lütfündən gənc Rasim Balayevi Azərbaycan kinosunun ən parlaq çağında, böyük rejissorlar görə, qiymətləndirə biliblər və onu depressiyadan, xəstəxana otağından birbaşa ən əzəmətli filmin baş roluna gətiriblər…

Rasim Balayev bu ilahi lütfü, şansı qaçırmayıb: sənət yanğısı ilə fitri istedadı və zəhməti birləşdirməyi bacarıb…

Bunlar əslində Rasim Balayevin sənətimizə Tanrı bəxşişi olduğunun göstəricisidir. Amma zəruri olan bir məsələni mütləq qeyd etməliyik: Balayev bu şansı, bu lütfü dəyərləndirib, qoruyub - istedadına xəyanət eləməyib, nəfsini qoruyub və onillərlə özünü, çəkisini, film üçün plastikasını saxlayıb; o, hətta 75 yaşında belə istənilən rolu oynamağa naturaca da hazırdır.

Yaxşı xatırlayıram onun 90-cı illərdə verdiyi müsahibələrini. Necə ağrıyla kinoya çəkilə bilməməsindən, yerli kino industriyasının o dönəmdəki ağır vəziyyətindən şikayətlənirdi. Aydın görünürdü ki, kinosuz yaşaya bilmir, doyunca filmlərə çəkilə bilməyəcəyindən əndişəlidir, məyusdur, narahatdır, narazıdır. Açıq görünürdü ki, təpədən dırnağacan aktyordur, sənətinin vurğunudur, sənət üçün doğulduğunun fərqindədir.

Sonralar bir neçə filmə çəkildi. Bizim yaddaşımızın müsbət qəhrəmanı, sözün əsl mənasında, qəhrəmanlarımızı oynamış, Nəsimini, Babəki, Beyrəyi nəsillərə sevdirmiş Rasim Balayev hətta mənfi obrazları o qədər gözəl canlandırdı ki… Bu çoxcəhətliliyi, rəngarəngliyi hər sənətçi bacarmır. Rasim Baleyevsə nə qədər geniş imkanlara və nadir istedada malik olduğunu bir daha və fərqli ampluada nümayiş etdirdi…

Dünən 75 yaşı tamam oldu. Allah ömrünü uzun eləsin! Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Rasim Balayev yaşayacaq. Bu cür sənətkarlar həmişəyaşardır, daimidir. Rasim Balayev məhz o mərtəbədədir – ölümsüzlükdə! Məncə, bunu normal düşünə bilən hər kəs anlayır, anlamayanlar da kinomuzun Rasim Balayev hadisəsini qəbul etməldir. Yəni Rasim Balayev və onun çapında olan onlarla sənət adamı bu xalq və dövlət üçün nə edə bilərdilərsə, ediblər, edirlər. Əminəm ki, məhz Rasim Balayevin ifasında Babəkin məşhur “Bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən üstündür” deyimi neçə-neçə Azərbaycan insanının qəlbinə, ruhuna Azadlıq eşqini, yanğısını hopdurub. Yaxud Nəsimi, sədaqətin, igidliyin simvolu Beyrək… Rasim Balayev tarixi-mifik qəhrəmanları, dünya durduqca ən böyük hüruf-ürfan sahibini çağdaşımıza çevirib, zamanımıza daşıyıb, öz simasında obrazlaşdırıb…Kim iddia edə bilər ki, o əsərlərdən, o obrazlardan heç nə əxz etməmişəm, o ismarışlar, o enerjilər üstümə gəlmədi, məni silkələmədi, mənə heç nə vermədi?! Bəzən açıq, bəzən sətiraltı o çağırışlar ruhumuza hopmadı, kim deyə bilər?

Elə xidmətlər var ki, gözlə görülmür…

Bəlkə də o enerjilərin fərqində deyilik, miqyasını təsəvvür belə etmirik. Amma heç düşündünüzmü 20 Yanvarda rus ordusunun üzərinə əliyalın gedən o igid adamlar, o gənc adamlar harada yetişib, necə yetişib? Azadlığı, müstəqilliyi, Azərbaycan sevgisini onların qəlbinə kim(lər) salıb, necə salıb. Necə olub ki, “topsuz-topxanasız” o gözəl adamlar bu torpaqlarda Dövlət qurublar. O cəngavər ruhlu insanlar 90-ların əvvəlində Qarabağ üçün əliyalın vuruşaraq canlarından keçiblər.

Fərqindəsinizmi , o cəngavərlərin cəngavər balaları 2020-də cəmi 44 günə Qarabağı Azad etdilər, Şuşaya üçrəngli bayrağımızı sancdılar. Bizə Qələbəni daddırdılar…

Qəhrəmanlıq, fədakarlıq, ziyalılıq, vətəndaşlıq yalnız tribunalarda nitq söyləməkləmi ölçülür? Bu ölkədə nə qədər fədakar və təmənnasız insan var - Vətən üçün ölməyə hazır və Vətən üçün ölən. Onlar siyasətdən anlamazlar, siyasi partiyalarda deyillər və olmağı ağıllarından keçirməyiblər. Amma içlərində Vətən sevgisi və İnsan sevgisi var. Bəlağətli nitq söyləyə bilmirlər, söyləmək də istəmirlər. Amma çətin gündə yenə də onlar toparlanır, onlar öndə gedir, onlar xalq, millət olur…

Dünəndən sosial şəbəkələrdə Rasim Balayevə “soyuq müharibə” elan edənlərin, kin-nifrət püskürənlərin hikkələrinin səviyyəsini ölçməyə yox, anlamağa cəhd edirəm. Nə edib axı Rasim Balayev? Hansı “səhvi” edib? 75 illik yubileyi ilə bağlı “İstiqlal” ordeni ilə təltif olunub və həmin mükafatı ona Prezident İlham Əliyev şəxsən təqdim edib. Nə qədər həssas münasibət, nə qədər incə addım… Bu qədər gərgin iş rejimində dövlət başçısı bir sənət adamı ilə görüşməyə vaxt ayırıb. Xoşgörü ilə qarşılasanız, inciləriniz tökülər?..

Prezident İlham Əliyev Rasim Balayevin fəaliyyəti ilə bağlı xoş sözlər söyləyib, onun xidmətlərini yüksək qiymətləndirdiyini ifadə edib. Nə gözəl!!! Rasim Balayevsə mütləq əksəriyyətin fikirlərini dilə gətirib: özünün qəhrəman rollarının ifaçısı, onun isə əsl qəhrəman olduğunu bildirib. Düz deməyib? Şuşanı alan adam Qəhrəman deyil? Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz-qansız alan adam Qəhrəman deyil? 30 il işğal altında olan torpaqların 95 faizini geri alan adam Qəhrəman deyil?

Axı 30 ildir ki, bu iqtidarı Qarabağı ala bilməməkdə ittiham edirdiniz, “lazım gəldi-lazım getdi” şəbədələri qoşurdunuz. Məhz İlham Əliyev söz verdi ki, Qarabağı azad edəcək. Etdi! Məcburi köçkünləri doğma yurdlarına köçürəcəm, dedi. Edir! Qarabağı rayon-rayon, küçə-küçə, ev-ev tikir, qurur. Quru torpağın üzərində yenidən Laçın, Kəlbəcər tikilir, Ağdam, Füzuli dikəlir. Nəhayət, alınmaz qala olan Şuşanı alıb, Şuşanı! Qəhrəmanlıq necə olur bəs, necə olmalıdır? Bir insanın səmimiyyətlə dediyi sözlər niyə “yaltaqlıq” sayılmalıdır? Son 200 illik tariximizdə ilk dəfə torpaq almışıq, Azərbaycan torpaqları geri alınıb, xoşunuza gəlmir? Sanki özləri qəhrəmanlığın bir addımlığındaymışlar, Rasim Balayev “plan”larını pozub. Adam artıq necə ifadə etsin ki, qəhrəman deyil, olmaq da istəmir, inqilabçı heç deyil, sizi hakimiyyətə gətirmək kimi bir məqsədi-arzusu-missiyası yoxdur. Adam aktyordur və sənətinin qiymətləndirilməsi onu ömrünün 75-ci ilində çox xoşbəxt edib. Adam azərbaycanlıdır və işğaldan azad edilmiş Qarabağa görə fərəhlənir və bu qələbənin müəllifinə bütün normal və ləyaqətli insanlar kimi təşəkkürünü bildirir. Minnətdarlıqdan və şükranlıqdan doğan gözəl sözlər söyləyir…

Məsələ bu qədər sadə və anlaşılandır.

Nəyi anlamırsınız və niyə anlamırsınız?

Sizin də içinizdə və dilinizdə işıq zərrəsi boyda da olsa, minnətdarlıq və şükranlıq duyğusu olsaydı, yəqin ki, anlayardınız…

Elə bir zərrə İşıq da olsaydı...

Tarix
2023.08.09 / 20:57
Müəllif
Aynur Camalqızı
Oxunub
32 895
Digər xəbərlər

Bakıda kəşfiyyat sahəsində üçtərəfli görüş keçiriləcək

Azərbaycan və NATO arasında mühüm müzakirə

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Gürcü Arzusu “gürcü seçimi” ilə üz-üzə

Kostanyan BMT tribunasından faşist Njdeni müdafiə etdi

Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...

Bayramov İranda mühüm iclasda çıxış etdi

Azərbaycan bu qrupa 2 il sədrlik edəcək

BMT rəsmisi azərbaycanlılarla bağlı bu faktı ifşa etdi - Video

Bunun səbəbkarı ABŞ və Fransa, Əli Kərimli və İsa Qəmbərdir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla