Yuxarı

Azərbaycanın BMT-yə üzv qəbul olunduğu an - Tarixi foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın BMT-yə üzv qəbul olunduğu an - Tarixi foto

1992-ci il fevralın 26-da Xocalı soyqırımı törədiləndə Azərbaycan Respublikası həm hərbi, həm də siyasi baxımdan ən çətin dövrünü yaşayırdı. Belə bir vəhşi qətliamla üzləşən gənc müstəqil ölkə öz səsini qlobal arenada ifadə edə bilmirdi. Bu şəraitdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminə tam daxil olması hüquqi və diplomatik alətlərə çıxış qazanması baxımından həyati əhəmiyyət daşıyırdı. Nəhayət o tarixi hadisə baş verdi.

Xocalı soyqırımından cəmi bir həftə sonra, martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu. BMT-yə üzvlük Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınmasını rəsmi olaraq təsdiqlədi.

Kult.az xəbər verir ki, Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto müstəqil Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün rəsmiləşdiyi tarixi anı əks etdirir.

Zaman 2 mart 1992-ci il... Məkan BMT-nin Nyu York şəhərindəki baş qərargahı...

Tribunada müstəqil Azərbaycan Respublikasının ilk xarici işlər naziri Hüseynağa Sadıqov çıxış edir.

Sabiq nazir müsahibəsində hamın tarixi vaxtları belə xatırlayıb:

“Xocalı soyqırımı baş verəndən sonra BMT-yə üzv olmaq üçün mənimlə birgə Elmar Məmmədyarov və Fəxrəddin Qurbanov yola çıxmışdı. Elmar Məmmədyarov o vaxt XİN-də protokol işləri ilə məşğul olurdu. Fəxrəddin Qurbanov isə mətbuat üçün informasiya hazırlayırdı. Biz hava limanında faciə barədə eşitdik, ancaq geri gayıtmağı məgsədəuyğun hesab etmədik. Çünki hadisəni dünyaya yaymaq üçün böyük fürsət yaranmışdı. BMT-yə üzv olan dövlətlərin hamısının nümayəndəsi Nyu Yorkdakı baş qərargaha toplaşacaqdı.

Bakıya dostlarıma zəng edib dəqiq məlumat aldım. Təəssüf ki, hökumətə telefon açsam da, heç kimi tapmadım.

BMT-yə üzv qəbul olunduğumuz zaman Azərbaycan dilində çıxış etməyi qərara aldım. Xocalı soyqrımında 366-cı motoatıcı alayın iştirakını nəzərə aldıqda bu çox önəmli idi. Hələ təyyarədə olanda çıxışımı rus dilindən Azərbaycan dilinə tərcümə etmişdim. Həmçinin, çıxışıma Xocalı soyqırımı barədə əlavələr etdim.

Mən tribunaya gedəndə Elmar Məmmədyarovla Fəxrəddin Qurbanova tapşırdım ki, sinxron tərcüməyə nəzarət etsinlər. Çünki qərara almışdım ki, Azərbaycan dilində çıxış edim. Mən sözə başlayanda zalda milçək uçsaydı eşidilərdi. Çünki hamı “bu hansı dildə danışır?!”,- deyib tez qulaqcıqlarını taxaraq dinləməyə başlamışdı”.

H.Sadıqovun sözlərinə görə, bəzi dövlətlər onun BMT-dəki çıxışına mane olmaq istəyiblər:

“Mane olanlar o vaxt Ermənistanın dostları olan ölkələr idi. Təkcə Rusiya deyildi, başqa Avropa ölkələri də vardı...

O zaman Azərbaycan ən çox dəstəkləyən Türkiyə idi. Ardınca Almaniya, İngiltərə, İsveçrə, İspaniya, Pakistan, Hindistan və Çin bizi ilk gündən dəstəklədilər. Əslində həmin gün bizim üçün həm bayram idi, həm də matəm. Ona görə matəm idi ki, Xocalı şəhərimiz yerlə-yeksan olunmuşdu. Ona görə bayram idi ki, müstəqil Azərbaycan BMT-yə üzv qəbul edilirdi. Çıxışımdan sonra azərbaycanlılar və türklər Xocalı üçün göz yaşı axıdırdılar. Səhəri gün BMT-nin Baş katibi ilə görüşdüm. Onunla görüş zamanı təkid etdim ki, ya özü, ya da nümayəndəsini göndərib Xocalıdakı hadisə ilə yerində tanış olsun. Özünün gələ bilməyəcəyini, ancaq rəsmi nümayəndəsini göndərəcəyini bildirdi.

Bir həftə sonra BMT Baş katibinin rəsmi nümayəndəsi, Amerikanın keçmiş dövlət katibi Sayrus Vensin başçılığı ilə nümayəndə heyəti Azərbaycana gəldi. Mən onu Ağdama aparıb vəziyyəti göstərdim. Sayrus Vens Ağdam məscidində Xocalıdan gətirilən meyitləri görəndə şoka düşmüşdü. "Hətta faşistlər II İkinci Dünya Müharibəsi zamanı belə vəhşiliklər törətməyiblər",- deyə Sayrus Vens həyəcanla qeyd etdi. Geri qayıtdıqdan sonra o, mövcud vəziyyət barədə ətraflı arayış hazırladı və BMT-nin Ermənistanın işğalı ilə bağlı ilk qətnaməsi də o sənəddə sonra qəbul olundu”.

Tarix
2025.11.19 / 16:04
Müəllif
Kult.az
Digər xəbərlər

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla