Yuxarı

Bakıda bu məktəb bağlandı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu məktəb bağlandı - Səbəb

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli orta ümumtəhsil məktəbi bağlanıb.

Axar.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri bildiriblər.

Onlar iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq edərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər.

Valideynlər bildirirlər ki, məktəbdə təxminən 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir.

Valideynləri narahat edən əsas məsələ isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar Qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyini, övladlarını ya avtobusla, ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarını deyiblər. Təhsilalanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd ediblər. Bir sözlə, valideynlər həm vaxt, həm də maddi itki ilə üzləşiblər.

122 nömrəli ümumi orta ümumtəhsil məktəbdən bildirilib ki, şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılması nəzərdə tutulur.

Bu barədə valideynlərin məlumatlandırıldığı vurğulanıb.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasından ibarətdir.

Tarix
2026.05.27 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla