Yuxarı

Ömürlük pensiya alanların diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ömürlük pensiya alanların diqqətinə!

Bir çoxunu maraqlandıran məsələlərdən biri də müddətsiz əlillik təyin edilmiş şəxslərin sonradan yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb olunub-olunmamasıdır. Mütəxəssislər bildirirlər ki, qanunvericiliyə əsasən müddətsiz əlillik verilmiş şəxslər müəyyən hallarda yenidən komissiyaya çağırıla bilərlər.

Axar.az Oxu24.com-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin əsaslılığını şübhə altına alan faktlar aşkar edildikdə vətəndaş yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb oluna bilər.

Qanunvericiliyə görə, bu qərar Tibbi-Sosial Ekspert Komissiyası və ya aidiyyəti dövlət agentliyi tərəfindən qəbul edilir.

Mütəxəssislərin sözlərinə görə, “müddətsiz əlillik” anlayışı vətəndaşın heç bir halda yenidən yoxlanılmayacağı anlamına gəlmir.

Əgər təqdim olunmuş tibbi sənədlərlə bağlı şübhələr yaranarsa, əlillik vəziyyətində dəyişiklik olduğu barədə məlumat daxil olarsa və ya qanunsuz təyinat ehtimalı müəyyən edilərsə, həmin şəxs əlavə müayinəyə çağırıla bilər.

Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda vətəndaşlar “müddətsiz” sözünü tam toxunulmaz status kimi qəbul edirlər. Halbuki dövlətin əlillik təyinatlarının qanunauyğunluğunu yoxlamaq səlahiyyəti mövcuddur.

Qeyd olunur ki, yenidən komissiyaya çağırılma avtomatik şəkildə əlilliyin ləğvi demək deyil.

Bu zaman vətəndaşın sağlamlıq vəziyyəti, tibbi sənədləri və funksional məhdudiyyətləri yenidən qiymətləndirilir. Müayinə nəticəsində əlillik statusu saxlanıla, dəyişdirilə və ya bəzi hallarda ləğv oluna bilər.

Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, tibbi sənədlərini düzgün və tam şəkildə toplasınlar, müalicə tarixçələrini qoruyub saxlasınlar və rəsmi çağırış olduqda komissiyadan yayınmasınlar.

Mütəxəssislərin fikrincə, şəffaf və düzgün sənədləşmə həm vətəndaşın hüquqlarının qorunması, həm də sonradan yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir.

Hüquqşünaslar əlavə edirlər ki, əgər vətəndaş komissiyanın qərarı ilə razılaşmırsa, həmin qərardan inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət vermək hüququna malikdir.

Tarix
2026.05.27 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla