Yuxarı

Sülh göyərçini, yoxsa sülh qaşqaldağı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh göyərçini, yoxsa sülh qaşqaldağı?

Samirə Əfəndinin Astanada erməniyə “haqqını kəsə bilmərəm” deyə, 12 bal verib, sonra da qucaqlaması niyə müzakirələr yaratdı?

Sözçülük etmədən, dərhal səbəblərə keçək:

- Çünki Gevorkyanın ifası heç də vazkeçilməz deyildi və 12 baldan aşağı qiymətləndirilməsi “haqqının kəsilməsi” olmayacaqdı. Əks halda Cənubi Koreya və Monqulustandan olan münsiflər Gevorkyana 10 bal verdiklərinə görə qınanardılar.

Yəni Samirə Əfəndi 12 bal yox, 10 bal versəydi, topa tutulmazdı, “haqq kəsən” sayılmazdı;

- Çünki Gevorkyan heç də yarışmanın favoriti deyildi, heç ilk 3-lüyə də düşə bilmədi. 12 iştirakçı arasında finala qalmağı bacaran erməni ifaçı 7 nəfərin 5-cisi oldu – bu qədər!

- Çünki Samirə Əfəndi “sülh göyərçini” olmağa tələsmişdi, yerini-məkanını, zamanını və məqamını doğru seçməmişdi, heç kəs ondan “iki kəlmə söz” gözləmədiyi halda özünü hərtərəfli ortaya atmışdı – buna isə bizim eldə “sülh göyərçini” demirlər, “yuyulmamış çömçə” deyirlər...

Samirə Əfəndini müdafiə edənlər, “sülh olmalıdır” deyənlər, xalqlar arasında ünsiyyətin, dostluğun qurulmasının vacibliyindən bəhs edənlərə gəldikdə...

Uzun-uzadı danışmadan, minlərlə səbəbin bəzilərini xatırladaq:

- Azərbaycanda “harda erməni gördün, öldür” deyə tarixi şüarla yaşayan bir siyasi sistem yoxdur – Ermənistanda var, Daşnaksütyun! Bu partiya 1893-cü ildə “harda türk və kürd gördün, öldür” şüarı üzərində qurulub və hazırda da bu aqressiyasını davam etdirir, Daşnaksütyunun Ermənistanda və dünyada ciddi tərəfdarları, ardıcılları, kapitalı var. Ermənistanda bu partiyaya səs verən seçicilərin sayı ən azı əhalinin 5%-ni təşkil edir. Yəni ən azı 100 min erməni başımı kəsməyə an axtarır.

Daşnak ideyalarını öz içlərindən təmizləməyibsə, ermənilərlə mənimki alınmaz!

- Bu xalq revanşist ideyalardan xali deyil: hələ də Qarabağa iddiaları var, dini mərkəzlərində türklərə, azərbaycanlılara qarşı düşmənçilik körüklənir və bu mərkəzlərə yüzminlərlə erməni tapınır.

Bu şəraitdə ermənilərlə mənimki tutmaz!

- Azərbaycanda və bütün dünyada – 60 milyondan çox azərbaycanlı toplumun içindən tək bircə terror təşkilatı çıxmayıb, yoxdur!

Dünyada 10 milyondan da az olan ermənilərin içindən onlarla terror təşkilatı çıxıb və indi də başda ASALA olmaqla, davam edirlər: hətta 44 günlük savaşdan sonra yenisini – VOMA-nı da qurublar, adını “Sağ qalmaq sənəti” qoyub, Ermənistanda indi də himayə olunurlar.

Bu qədər terror təşkilatını hələ də qoruyub-saxlayan və inkişaf etdirənlə mənim qucaqlaşmağım mümkün deyil!

- Ermənilər hələ də, məsələn, Xan Xoyskiyə görə üzr istəməyiblər; ermənilər hələ də, məsələn, Xocalıya, Başlıbelə görə üzr istəməyiblər; ermənilər hələ də, məsələn, 1994, 95-ci illərdə Bakıda törətdikləri terrora görə üzr istəməyiblər; ermənilər azərbaycanlıların skalpelini soyduqlarına görə üzr istəməyiblər; ermənilər 1905, 1918-ci il qətliamlarına, 1933, 1948, 1988-ci il deportasiyalarına, iki xalq arasında düşmənçilik salıb, son 35 ildə minlərlə azərbaycanlının qətlinə bais olduqlarına, torpaq iddiası ilə 200 ilə yaxındır onlara qucaq açan xalqın başına açdıqları oyunlara görə üzr istəməyiblər, peşman olmayıblar, bir də belə olmayacağına and içib, şahid gətirməyiblər.

Mən kiminlə və necə barışım?!

- Ay qardaşım, bacım, balam, atam, anam! Ermənilər “Sarı gəlin” bir yana, “Arşın mal alan”ı, “Uzundərəni”, kamançanı, yuxanı-lavaşı, dolmanı... ... ... oğurlayıb, at kimi üzümə keçməyə davam edirsə, hansı qucaqlaşmadan danışıram mən?!

1905-dəkiləri unutduq, 1918-dəkiləri unutduq – nəticəsini görmədikmi? Altından hələ çıxıb qurtarmamışıq! Hələ hər evimizdə bir qətlə yetirilənin, bir şəhidin şəkli divardan asılıdır! Hələ ermənilərin gəncliyini məhv etdiyi insanlar ölüb-qurtarmayıb, tarixə qovuşmayıb!

Hələ ermənilərin yer üzündən sildiyi kəndlərimiz, şəhərlərimiz bərpa olunmayıb!

Hələ ermənilərin xarabazara çevirdiyi, “Qafqazın Xirosiması” adlanan Ağdama qayıdış başlamayıb!

Hələ evləri viran qoyulanlar sağdır!..

Hələ üzr istəsinlər, tarixi saxtakarlıqlardan əl çəksinlər, tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi oğurlamağı dayandırsınlar, sonra baxaq-görək kimi necə, harda, nə cür və nə təhər bağışlaya bilərik!

Yalnız əfv diləyəni bağışlayırlar; yalnız səhvini etiraf edib, üzr istəyənin etdiklərindən keçərlər!

Ortada heç nə yoxkən erməni qucaqlamaq elə təəssürat yaradır ki, sanki erməni sevginizi ifadə etmək üçün fürsət gözləyirsinizmiş!

Və sizi inandırıram, çox eybəcər görünürsünüz!

Və sizi inandırıram – bu, “sülh göyərçini” yox, heç “sülh qaşqaldağı” təəssüratı da yaratmır!

Və unutmayın: erməni adlı xalq yoxdur, erməni adlı xalqın qondarılmasının yeganə hədəfi türk düşmənçiliyidir!

Yəni erməni xalqı türk düşmənçiliyini heç vaxt bitirməyəcək!

Bir yerdə yaşamağa məhkumuq, başa düşürəm!

Ancaq dostluq-qardaşlıq olmayacaq - bunu da başa düşürəm və sizin də başa düşməyiniz üçün çalışıram!

Tarix
2025.11.25 / 14:12
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla