Yuxarı

Azərbaycana turist axını azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana turist axını azaldı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olublar.

Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 faiz, Qırğızıstandan - 37,3 faiz, Özbəkistandan - 35,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Almaniyadan - 17,0 faiz, Kanadadan - 16,7 faiz, ABŞ-dan - 16,4 faiz, İtaliyadan - 16,3 faiz, Pakistandan - 12,7 faiz, Cənubi Koreyadan - 11,8 faiz artıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2025.11.26 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi

"Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?

Bakıya səfər etməyə hazıram - Simonyan

Samirənin qucaqladığı erməni “dqr ordusu"nda xidmət edib

Bu forumun bəyannaməsi BMT-nin sənədi kimi yayımlandı

Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” kimlərdir?

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla