Yuxarı

Samirənin qucaqladığı erməni neçənci yer tutdu?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samirənin qucaqladığı erməni neçənci yer tutdu?

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib. Bu isə sosial şəbəkələrdə qınaqlara səbəb olub.

Kult.az xəbər verir ki, “Silk Way Star” 2025-ci ildə start götürən ilk Asiya vokal musiqi layihəsidir.

Layihə Qazaxıstanın Prezident Televiziya və Radio Kompleksi ilə Çin Media Qrupu (China Media Group) arasında birgə əməkdaşlıq əsasında təşkil olunub. Layihənin əsas məqsədi mədəniyyətlərarası musiqi əlaqələrini gücləndirmək, sülh, musiqi, milli ənənələri diqqət mərkəzinə gətirməkdir.

Müsabiqədə Azərbaycan, Ermənistan, Gürcüstan, Malayziya, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrin nümayəndələri iştirak edib.

Yarışmada Azərbaycanı müğənni “Səs Azərbaycan”ın yarımfinalçısı Səbinə Quluzadə (Səbinə Zadə) “Bənövşəyi xəyal” mahnısı ilə təmsil edib. Lakin o, finala vəsiqə qazana bilməyib. Münsiflər heyətində isə Azərbaycanı Samirə Əfəndi təmsil edib.

10 epizoddan ibarət müsabiqə avqustun 20-si başlayıb, noyabrın 22-də Qrand final keçirilib. İlk mövsümün qalibi 85 balla Monqolustan təmsilçisi Mişel Cozef olub.

Müsabiqədə əsas müzakirə Samirə Əfəndinin erməni iştirakçıya 12 xal verməyi olub. Belə ki, Ermənistan nümayəndəsi Saro Gevorkyan “Gün doğumu” mahnısını ifa edib.

Samirə Əfəndi çıxışında bildirib ki, o, Gevorkyanın haqq etdiyi xalı kəsə bilməz.

Maraqlıdır, Samirə Əfəndinin çox yüksək dəyərləndirdiyi ifaya həmkarları neçə xal verib?

Gevorkyana finalda 12 nəfərdən ibarət münsiflər heyətinin üzvlərindən Qazaxıstan, Tacikistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Çin və Azərbaycan 12 bal, Cənubi Koreya və Monqolustan isə 10 bal verib. Türkmənistan təmsilçisi səsvermədə iştirak etməyib. Yarışın qaydalarına görə, Ermənistan öz təmsilçisinə səs verməyib.

Zəruri olaraq xatırladaq ki, Samirə Əfəndinin yüksək bal haqq etdiyini xüsusi vurğuladığı Gevorkyan Qrand finalda yarışmanı 5-ci pillədə bitirib.

Tarix
2025.11.24 / 14:24
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla