Yuxarı

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.

Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2026.04.01 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla