Yuxarı

Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video

Qaz sayğacı evimin giriş qapısının qarşısında quraşdırıldığı üçün təhlükə yaradır.

Bunu Axar.az-a açıqlamasında Yevlax rayonu Gülövşə kənd sakini, II Qarabağ müharibəsi iştirakçısı Mehman Vüqar oğlu Cümşüdlü deyib.

“Bir ildən çoxdur “Azəriqaz”a müraciət etmişəm, amma problemi həll etmirlər. Neçə manat rüsumu varsa, ödəməyə hazıram, yetər ki, sayğac normal yerə köçürülsün”, - o bildirib.

“Azəriqaz”dan məsələ ilə bağlı saytımıza verilən açıqlamada vətəndaşın probleminin araşdırılıb tez bir zamanda həll olunacağı vurğulanıb.

Qeyd edək ki, Mehman Cümşüdlü “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubileyi medalı” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Tarix
2026.04.01 / 17:53
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla