Yuxarı

Təbrizli yazar: Bakıda oturan zəhərli göbələk...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizli yazar: Bakıda oturan zəhərli göbələk...

Ədəbiyyatımızın zəhərli göbələyi

Bu gün və bu saata kimi AYB-nin Güney Azərbaycan şöbəsinin başqanı olan Sayman Aruzun çağdaş türk ədəbiyyatımıza heç bir olumlu, dərin və köklü təsiri olmamışdır. Nə dillər əzbəri bir şeiri var, nə heyranedici hekayəsi, nə də yeni dalğa yaradan romanı. O, quruca bir ad daşıyıcısıdır; yazıçı və şair.

Onun hansı romanı yol açmaq qabiliyyəti yaradıb? Sənədlərə dayanaraq izah edin.

Onun hansı şeir kitabı yeni dalğa yaradıb? Təsirlərinə söykənərək anladın.

Onun hansı hekayəsi yeni cığır açıb? İzlərini sürərək göstərin.

Qələmsiz Sayman Aruzun bütün istedadsızlığını bir kənara buraxın, adamın heç bir məqaləsi, essesi, yaxud müsahibəsi belə Bütöv Azərbaycan ədəbi çevrəsinə kiçik işıq qığılcımı da buraxmayıbdır. Üzeyir Mehdizadə, Yetim Eyvaz, Namiq Qaraçuxurlu və yaxud Anar Nağılbaz kimi meyxanaçılar və repçilər qədər də təsiri olmayıb bu adamın. Sadəcə və sadəcə o zəhərli göbələk kimi ansızın ədəbiyyat ormanında peyda olmaqla maraq oyatmışdı; o da illər öncə.

Əslində biz Güneyli-Quzeyli türk ulusu olaraq ziyalısızlıq, yazarsızlıq, düşünürsüzlük kədərini yoluxmuşuq. Rəsulzadələr, Topçubaşovlar, Nəsib Bəy Yusifbəylilər, Çəmənzəminlilər və Fətəli Xan Xoyskilərdən üzü aşağı enə-enə və birdən-birə düşmüşük Sayman Aruzun kor quyusuna, susuz bulağına.

Bu bizim ortaq dərdimizidir. Dayazlaşmağımız əngin və zənginliyi bacarıqsızlıq və yaradıcılıq bulağı kor olan Sayman Aruzlar səviyyəsindədir.

Güney Azərbaycanda bu adamın qeyri-peşəkar işlərinə qarşı ilk tənqidi münasibəti 2014-cü ildə mən başlamışdım. Balaş Azəroğlu kimi işıqlı, sevimli və sayğılı bir adın, bir imzanın yerinə keçmiş bu şairciyin cavabını elə 2014-cü ildə vermişdim.

2014-cü ildə Sayman Aruz Bakıda keçirəcəyi Səməd Behrəngi adına ədəbi yarışmaya Londonda yaşayan "Top Model" bir fars şairəni jüri heyətinin içinə soxuşdurunca bu adamı tənqid qınağına tutub həmin yarışmadan əsərimi geri çəkmişdim. Jüri üzvlərinin digərləri isə kəsinliklə tanınmış və önəmli ədəbiyyat tənqidçiləri deyil, Saymanın ədəbi dəstəsinin üzvləri idilər. Bu günə kimi də həmin adamların bircə elmi və akademik məqalələri yoxdur. Hələ o "Top Model" Ziba Kərbassini hansı hədəflə jüri heyətinin içinə soxuşdurması demək olar ki, hamıya aydın idi.

Son olaraq bunu deməliyəm ki, Güney Azərbaycan ədəbiyyatının ən axsaq yeri ədəbi tənqid və ədəbi düşüncəsinin yoxluğudur. Güney və Quzeydəki ədəbi dəstələr, qruplaşmalar və mafiyaların fiziki varlığı bizim ədəbiyyatımızdakı keyfiyyətli ədəbi əsəri kölgə altına salır, kök salması, çiçəklənməsinin qarşısını alır. Yalançı öymələr və alqışların gurultusu ədəbi əsərin keyfiyyətindən daha üstündür.

Çağdaş türk ədəbiyyatımızın dörd ulduzu var: M. F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir və Şəhriyar. Bunlardan sonra ədəbiyyatımız hələ ki, Azərbaycanın coğrafi sərhədlərini aşa, keçə bilməyibdir. Nədən? Bunun yüzlərcə nədəni var. Ancaq həmin nədənlərdən biri də ədəbiyyatımızı Sayman Aruz kimi dayaz, istedadsız və düşüncəsiz adamların təmsil və reklam etməyindən qaynaqlanır.

Elşən Böyükvənd, yazar

Tarix
2025.11.23 / 16:10
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla