Yuxarı

Mehriban Xanlarova Azdramdan getdi: Bu, özbaşınalıqdır!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Xanlarova Azdramdan getdi: Bu, özbaşınalıqdır!

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova işdən çıxıb.

Kult.az xəbər verir ki, bu barədə sənətçi özünün sosial şəbəkə hesabında yazıb.

M.Xanlarova bildirib ki, işdən çıxmaqla bağlı teatrın direktoru İlham Əsgərova ərizə ilə müraciət edib.

O, bu addımı Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına görə atdığını bildirib:

"Mən, respublikanın əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq, ölkənin ana teatrında 44 günlük Vətən müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq Azdram üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edirəm. Azdramın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əmək haqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür".

Tarix
2025.11.25 / 11:35
Müəllif
Kult.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla