Yuxarı

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

3 il öncə - 44 günlük savaş sonrası, 10 noyabr bəyannaməsinə ağız büzən, aşağılayan, bəyənməyən, Qələbəmizi "yarımçıq" adlandıran və hakimiyyəti uduzmaqda, geri çəkilməkdə ittiham edən müxalifət sədrləri, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri, sizə səslənirəm.

Bu gün, məhz bu gün reallıq diktə edir ki, etiraf edəsiniz: Qarabağ bütöv, məhz sizin də təsvir etdiyiniz şəkildə azad olundu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir.

Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, İlham Əliyevin böyük, çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz böyük uğurudur, zəfəridir. Nəhayət, bunu dilə gətirin, dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı təbrik edin! Çünki sizin qarşınıza qoyduğunuz, siyasi mübarizənizin qayəsi hesab etdiyiniz və sizi siyasətə gətirən məsələ - Qarabağ münaqişəsi həmişəlik həll olundu.

Sizin "edəcəyik", "edə bilərik" dediyiniz hər şeyi İlham Əliyev etdi, mümkünsüzü mümkün etməyi bacardı, adını tarixə yazdı və xalqımızın əbədi sevgisini, duasını, alqışını qazandı. Bunu demək, etiraf etmək, virtual da olsa, qalib rəqibin "əlini sıxmaq" siyasi mədəniyyət olardı, vətənpərvərlik olardı, ədalət olardı, kişilik və ləyaqət olardı.

Nə qədər gec deyil, edin bunu!

Tarix
2023.09.27 / 18:27
Müəllif
Aynur Camalqızı
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla