Yuxarı

Cəbhədə irimiqyaslı döyüş əməliyyatları gözlənilirmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhədə irimiqyaslı döyüş əməliyyatları gözlənilirmi?

Bunlar hamısı erməni ordusunun təxribatıdır

"Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Parisdə görüşü baş tutacaq. Son günlər Azərbaycan tərəfi haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədirlərinin fəaliyyətindən narazılıq bildirirlər. Ona görə də bizdə olan məlumata görə, Rusiya tərəfi ilə Amerika tərəfinin qarşılıqlı razılığı əsasında cəbhə bölgəsində qəsdən belə gərginlik yaşanır. Onu da deyim ki, bu, lokal xarakterli toqquşmalardır və heç bir gərginlik olmayacaq. Atışmalar əvvəllər var idi, indi də var, amma bunun hansısa irimiqyaslı döyüş əməliyyatlarına keçməyi istisna olunur".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliyə münasibət bildirərkən "Axar.az"a dedi.

Düşmənin növbəti yalanı

Üzeyir Cəfərovun sözlərinə görə, bu, iki həftədən sonra baş tutması gözlənilən İlham Əliyevlə Serj Sarkisyan görüşü ərəfəsində süni yaradılan gərginlikdir:

- Yanvarın 20-də ermənilərin yaydığı məlumatda guya bizim 30 nəfərdən ibarət diversiya qrupumuz o tərəfə keçib və ermənilər 9 nəfərlə 30 nəfərin cavabını veriblər. Onların üyütdükləri yalan ki var, - guya bizim tərəf orda bir neçə cəsəd saxlayıb və geri çəkilib, - o məlumat öz təsdiqini tapmayıb. Orda daxili çəkişmələr nəticəsində bir erməni hərbçisi həlak olmuşdu. Ermənilər bu ölümdən diqqəti yayındırmaq üçün dövriyyəyə belə məlumat buraxıblar ki, guya Azərbaycan tərəfinin göndərdiyi diversiya qrupunun həmlələrini dəf edərkən erməni əsgəri ölüb. Dünən də Azərbaycan Müdafiə Nazirliyi bir açıqlama verdi".

Ermənilərin təxribatına uymamalıyıq

Hərbi ekspert onu da vurğulayır ki, son günlər tərəflər arasında əsəb müharibəsi gedir:

- Tovuz istiqamətində əməliyyatların aparılması, Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsi xəbərləri dolaşır. Elə şeylər yoxdur. Yenə deyirəm, bu dezinformasiyalara biz uymamalıyıq. Çünki ordumuz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirirsə, buna Rusiya müdaxilə edəcək. Çünki biz bu əməliyyatı öz işğal altında olan ərazilərimizdə həyata keçirmirik. Odur ki, ehtiyatlı olub, belə təxribatlara uymamalıyıq.

Tarix
2014.01.23 / 17:48
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla