Yuxarı

Britaniya ABŞ-a hərbi bazalardan istifadəyə icazə vermədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya ABŞ-a hərbi bazalardan istifadəyə icazə vermədi

Böyük Britaniya hökuməti ABŞ-a İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməyib.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunub ki, ABŞ daha əvvəl Yaxın Şərqdə əməliyyatlar zamanı Qlosterşir qraflığında yerləşən RAF Fairford aviabazasından, eləcə də Hind okeanında yerləşən və Böyük Britaniyanın xarici ərazisi sayılan Dieqo Qarsiya adasındakı birgə hərbi bazadan istifadə edib.

“Tayms” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın Baş nazir Keyr Starmerin Çaqos adalarının Mavrikiyə verilməsi və həmin ərazidə yerləşən birgə Böyük Britaniya–ABŞ hərbi bazasının icarəyə götürülməsi ilə bağlı razılaşmanı tənqid etməsi məhz Londonun bazalardan istifadə üçün icazə verməməsi ilə əlaqəli ola bilər.

Böyük Britaniya hökuməti isə məsələ ilə bağlı açıqlamasında bildirib:

“Əməliyyat məsələləri ilə bağlı şərh vermirik”.

Tarix
2026.02.20 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla