Yuxarı

Yazıçı teatra gəlmirsə, mən niyə kitabını almalıyam?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçı teatra gəlmirsə, mən niyə kitabını almalıyam?

Yazıçılar teatra gəlmirsə, aktyorları ittiham eləməyə haqları yoxdur.

Kult.az xəbər verir ki, bunu Report-a müsahibəsində xalq artisti Qurban İsmayılov deyib.

Aktyor bilirib ki, əgər hansısa yazıçı onu kitab oxumamaqda ittiham edirsə, o da onlara sual edib: siz niyə teatra gəlmirsiniz?

"Tutaq ki, İlqar Fəhmi hansısa bir əsərini səhnəyə qoyur, öz qələm dostlarını dəvət edir, gəlirlər, amma başqa vaxt beş manatından keçib gəlirlərmi? Yox. O zaman mən niyə beş manatımdan keçib sənin kitabını almalıyam? Bu tək yazıçılara aid deyil. Lap rəssamlar olsun. Söhbət əgər bir-birimizi günahlandırmaqdan gedirsə, biz də günahlandıra bilərik. Tamaşaya gəlməyən rəssam necə məni sərgiyə getməməkdə günahlandıra bilər?"

Xalq artisti onu da əlavə edib ki, aktyorlar onsuz da işlərinə görə mütaliə edirlər.

"Mən aktyoram, onsuz da bu işin içindəyəm, oxuyuram. Oynadığımız əsərlər mütaliə deyil ki? Şekspir mütaliə deyil? Stanislav Stratiyev (bolqar yazıçısı, ssenarist, - red.) mütaliə deyil? Şiller mütaliə deyil? Elə müəlliflər var ki, heç onu mənəm-mənəm deyən kitab adamları tanımır, amma mən oxumuşam, məlumatım var. Yəni nəticə etibarilə aktyor camiəsi istər-istəməz mütaliəli olur, buna görə də bizə "kitab oxumurlar" damğasını vurmaq olmaz".

Tarix
2026.02.11 / 17:50
Müəllif
Kult.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla