Yuxarı

Qətər 3 iranlı pilotu əsir götürüb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətər 3 iranlı pilotu əsir götürüb

Qətər 3 iranlı pilotu əsir götürüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə məktub göndərib.

Məktubda Qətərdə əsir saxlanıldığı bildirilən 3 iranlı pilotun vəziyyətinin araşdırılması istənilib.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin məlumatına görə, əldə olunan informasiyaya əsasən, ABŞ və İsrailin İrana qarşı hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirən 3 iranlı pilot Qətər qüvvələri tərəfindən sağ vəziyyətdə əsir götürülüb.

Bildirilib ki, hadisədən ötən 6 ay ərzində Qətər hökuməti beynəlxalq qanun və qaydaların, o cümlədən hərbi əsirlərin hüquqlarına riayət olunmasını nəzərdə tutan dörd Cenevrə Konvensiyasının tələblərinin əksinə olaraq, bu şəxslərin hüquqlarını pozub.

Komitənin rəhbəri general Məhəmməd Bağırzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Marianna Spolyarikə göndərdiyi məktubda bildirib ki, Üçüncü Cenevrə Konvensiyasına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi Qətərdə saxlanıldığı bildirilən iranlı pilotlarla mümkün qədər tez görüşməli və onların sağlamlıq vəziyyətini araşdırmalıdır.

O, həmçinin pilotların azad edilməsi üçün lazımi şəraitin yaradılmasını tələb edib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından iki gün sonra İran ordusunun Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 bombardmançı təyyarəsi Şiraz aviabazasından havaya qalxaraq Qətərdə yerləşən Əl-Üdeyd aviabazasını bombalayıb.

Hazırda həmin pilotlardan birinin meyitinin İrana qaytarıldığı bildirilir.

Tarix
2026.08.15 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla