Yuxarı

Kolbasadan da təhlükəli məhsul: Hər gün yeyirsiniz...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolbasadan da təhlükəli məhsul: Hər gün yeyirsiniz...

Mağazadan alınan bişmiş məhsullar qan damarları üçün kolbasadan daha təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru Alla Poqozheva deyib.

Mütəxəssis izah edib ki, keçmişdə heyvan yağı qan damarları üçün ən təhlükəli məhsul hesab olunurdu. Lakin tədqiqatlar göstərir ki, trans yağlar ürək-damar sistemini "öldürür":

"Trans yağlar bədəndə pis xolesterolu ən tez artırır, yaxşı xolesterolu isə azaldır”.

Mütəxəssis qeyd edib ki, bu növ yağ süni şəkildə dəyişdirilmiş yağ turşusudur:

“Mağazadan alınan çörək məhsulları adətən çox yüksək səviyyədə trans yağlar ehtiva edir. Onlar marqarin və müxtəlif yağlardan istifadə etməklə hazırlanır, bu yağların isə tərkibində trans yağlar var”.

"Son tədqiqatlar göstərir ki, ürəyin və qan damarlarının əsas düşməni yağlı ət və ya kolbasa deyil, mağazadan alınan çörək məhsullarıdır", - deyə Alla Poqojeva bildirib.

Həkim vurğulayıb ki, ürək-damar problemlərinin qarşısını almaq üçün tərəvəzlərdən, meyvələrdən, paxlalılardan və kəpəklərdən kifayət qədər lif istehlak etmək vacibdir. Pəhrizə yağlı balıq, qoz-fındıq və təmizlənməmiş yağlar da daxil edilməlidir.

Tarix
2026.02.20 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla