Yuxarı

Avropanı daha qanlı terrorlar gözləyir – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nitsa teraktı ötən ilin yanvar və noyabrında Parisdə, bu ilin isə martında Brüsseldə baş verən terror zəncirinin növbəti halqasıdır.

Bu sözlər analitik Vüqar Zifəroğlunun Axar.az-a Fransada 84 nəfərin ölümü ilə nəticələnən terrorla bağlı verdiyi açıqlamada yer alır.

O deyib ki, Qərb Yaxın Şərqdə soyuq savaş dönəmindən bu günədək qurduğu "gedişlər"in nəticələrini indi öz üzərində hiss etməkdədir:

"Yaxın Şərqdə haçansa "əkilən meyvələr" öz bəhrəsini bu gün Avropanın göbəyində verir. Bütün baş verənlər on illərdir Yaxın Şərqdə bitməyən müharibələrin baiskarlarına münasibətdə ikili standartlar və maraqlar çərçivəsindən yanaşmağın nəticələridir. Bu gün Qərb bu məsuliyyəti ən acı şəkildə bölüşür. Təəssüf ki, belə terrorlar davam edəcək. ABŞ və Avropanın Yaxın Şərqdə "demokratiya" pərdəsi altında həyata keçirdiyi ssenarilərin dağıdıcı nəticələri radikal dini cərəyanların nüfuzunu daha da qaldırır".

Analitik terror hücumlarının Avropaya 4 istiqamətdə təsirindən də söz açıb:

"Birincisi, avropalılar ilk növbədə "təhlükəsizlikmi, yoxsa fərdi azadlıqmı" sualına özləri üçün cavab tapmalı olacaqlar.

İkincisi, son terror Avropanın qaçqın axınına daha radikal mövqe sərgiləsinə səbəb ola bilər. Bu isə Türkiyəyə ehtiyacın artacağı anlamına gəlir. Avropa məhz bu günlər üçün Türkiyəni incik salmamalıydı.

Üçüncüsü, Avropa terror təşkilatlarına münasibətdə ikili yanaşmalarına son qoymalıdır. Məsələn, qoca qitədə hər şəkildə kürd separatçı qruplaşmalarına dəstək vermək əvəzinə, terrorla mübarizədə Türkiyənin yanında olmalıdırlar.

Nəhayət, islamafobiya, eləcə də sağ radikal, xristian-demokrat təşkilatların aktivliyi və bir çox hallarda da radikallığın müsəlmanların da içində yer aldığı Avropa cəmiyyətində ciddi ikitirəlik yaratdığı qəbul edilməli və bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, dünən Fransanın Nitsa şəhərində 84 nəfər ölümü, 120-ə yaxın insanın yaralanması ilə nəticələn terror aktı baş verib.

Tarix
2016.07.16 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla