Yuxarı

Rusiya-Türkiyə barışığından kimlər udacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə münasibətlərinin istiləşməsinə mane olacaq faktorların olmasına rəğmən, tərəflər qarşılıqlı addımlar atmaqdadırlar.

Bu sözlər analitik Vüqar Zifəroğlunun Axar.az-a verdiyi açıqlamada yer alır. O, Rusiya ilə Türkiyə arasında Suriya ətrafında ciddi fikir ayrılığının mövcud olduğunu deyib: "Düşünmürəm ki, tərəflər Suriya ilə bağlı hər hansı güzəştə getsin. Sadəcə, Rusiya və Türkiyənin Suriyaya dair məsləhətləşmələrə başlaması normal olardı".

Analitik qeyd edib ki, Ərdoğanın Rusiya səfərində önə çəkilən əsas məsələlər iqtisadi platformada olacaq:

"İki ölkə arasında 35 milyard dollarlıq mübadilə var idi və onun bərpası, hətta daha da genişləndirilməsi gündəmdə olacaq. Turizm və tikinti sektorundan tutmuş qida embarqolarına qədər, bir çox məqam müzakirə masasına yatırılacaq".

V.Zifəroğlunun fikrincə, daha çox siyasi çalarlara malik olan "Türk axını" layihəsinin yenidən aktuallaşması bir sıra ölkələr arasında qaz ixracı rəqabətini gücləndirəcək:

"Türkiyə Asiyadan Avropaya gedən qaz yolunun təbii tranzitidir. İsrailin şelfində yeni qaz yataqları tapılıb. Bu kontekstdə Türkiyə ilə İsrail arasında yenicə reallaşan Roma anlaşması diqqət çəkir. Digər tərəfdən, Misir və Rusiya da qaz ixracatçılarıdır. Bazara girməyə hazırlaşan və uzun müddətdir ki, gözləyən başqa bir tərəf isə İrandır. Odur ki, sözügedən dövlətlərlə Türkiyənin tranzit maraqları bir araya gəlir. Hazırda ən əsas məsələ qazın ixracı ilə bağlı ortaya çıxan yeni maraqların toqquşmamasıdır".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Sankt-Peterburqda avqustun 9-da bir araya gələcəklər. Su-24 olayından sonra Rusiyaya səfər edən ilk yüksək rütbəli hökumət nümayəndəsi olan Türkiyə baş nazirinin köməkçisi Məhməd Şimşək hazırda Rusiyada səfərdədir.

Tarix
2016.07.28 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla