Yuxarı

FHN yarımilin statistikanı açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, 2016-cı ilin I yarısında respublika ərazisində 33 partlayış hadisəsi baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 11% azdır. Partlayışlar zamanı 2 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

Baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5011 çıxış edilib. Yanğın hadisələri zamanı 18 nəfər ölüb, 57 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 25 nəfər və ya 58%, xəsarət alanlar üzrə 48 nəfər və ya 46% azdır.

Bu ilin birinci yarısında respublika ərazisində 5117 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 486 hadisə və ya 9% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 22 nəfər ölüb, 95 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 34 nəfər xilas edilib, 451 nəfər təxliyə olunub.

Tarix
2016.07.30 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla