Yuxarı

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08-27 17:19

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gedəcək.

Report xəbər verir ki, Azərbaycan XİN başçısı Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və Xarici İşlər naziri Mixail Canelidze ilə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Eyni zamanda, E.Məmmədyarov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək və ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq.

***

11:07

Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, Parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulur.

Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.

***

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri başlayıb.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, E. Məmmədyarov əvvəlcə gürcüstanlı həmkarı Mixeil Canelidze ile görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə olunub.

Tarix
2016.08.29 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla