Yuxarı

İslam Kərimovu baş nazir əvəz etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Baş naziri Şövkət Mirziyayev bu gün Özbəkistanın Müstəqillik Günü münasibətilə Müstəqillik və humanizm abidəsinin önünə gül dəstəsi qoyub.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, sözügedən mərasimdə baş nazir, eləcə də parlamentin hər iki palatasının spikerləri iştirak edib.

Hər zaman bu rəsmi mərasimi Prezident İslam Kərimovun icra etdiyini vurğulayan media isə hadisəni baş nazirin prezidenti əvəz etməsi kimi təqdim edib.

Xatırladaq ki, avqustun 27-də beyin insultu ilə xəstəxanaya yerləşdirilən İslam Kərimovun avqustun 29-da öldüyü barədə xəbər yayılıb. "İsvestiya" nəşri ölüm xəbərini yayan mənbənin prezidentin qızı Lola Kərimova ola biləcəyi ehtimalını irəli sürüb.

Bu arada isə Özbəkistan dövlət başçısının mətbuat xidməti müxtəlif dövlət və hökumət başçılarının Prezident İslam Kərimovu Müstəqillik Gününun 25-ci ildönümü münasibətilə təbrik etdiyini açıqlayıb. İ.Kərimovu təbrik edənlər arasında ABŞ, Çin, Almaniya, Polşa, MDB ölkələri, o cümlədən, beynəlxalq təşkilatların məktubları yer alır.

Tarix
2016.08.31 / 12:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla