Yuxarı

Rusiya İŞİD-i yem etməmək üçün… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İŞİD-i yem etməmək üçün… - Ekspert

Rakkanın İŞİD-dən təmizlənməsi asan olmayacaq. Çünki müttəfiqlərin bir sıra vacib məqamlarla bağlı fikir ayrılıqları sözügedən hədəfin gerçəkləşdirilməsini çətinləşdirir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, ABŞ, Türkiyə və Rusiya prezidentlərinin Suriya ətrafında apardığı müzakirələrin ardınca Londonda bir neçə ölkə lideri səviyyəsində qəbul edilən qərarların detallarını açıqlayıb:

"Məhz həmin görüşdən sonra fakiki olaraq İŞİD-in "paytaxtı" hesab olunan Rakka və ciddi strareji əhəmiyyətə malik Mosulun azad edilməsi başlıca hədəf olaraq göstərildi. Əməliyyatla bağlı yekun qərarın 13-20 sentyabrda Nyu Yorkda keçiriləcək BMT Baş Məclisinin sessiyası çərçivəsində veriləcəyi gözlənilir. Lakin tərəflər arasında ciddi fikir ayrılıqları var və Rakkanın İŞİD-dən təmizlənməsi asan olmayacaq. Müttəfiqlərin bir sıra vacib məqamlarla bağlı fikir ayrılıqları isə sözügedən hədəfin gerçəkləşdirilməsini çətinləşdirir".

Analitik ABŞ-la Türkiyə, eləcə də Rusiya arasında hazırda özünü göstərən üç ciddi ziddiyyətli məqamdan da söz açıb:

"1. Suriyanın şimalındakı Türkiyə ilə sərhəd zonada kürd silahlı qruplaşmalarına münasibət. ABŞ faktiki olaraq Türkiyə üçün təhlükəli olan bu qruplaşmaları başlıca müttəfiq olaraq görür. Afrinin PYD qüvvələrinin nəzarətinə keçməsində müstəsna xidmətləri olan Moskva da bu məsələdə Ankaranı tam dəstəkləmir.

2. Rakka üzərinə hücumun birgə həyata keçirilməsi. Türkiyə tərəfi haqlı olaraq bildirdi ki, bu hücum ABŞ-la birgə gerçəkləşdirilə bilər. Vaşinqton isə Suriya bataqlığına birbaşa girməyə həvəsli görünmür və sadəcə, hava dəstəyini qabartmaqla yaxasını kənara çəkməyə çalışır. Rusiya isə ən azından İŞİD üzərində qələbəni tam olaraq Türkiyə və ABŞ-a "yem etməmək" üçün bu prosesdə iştirak etməyə müəyyən qədər maraqlıdır.

3. İŞİD-siz Rakka və Mosulun gələcəyi ilə bağlı qeyri-müəyyənlik. Bu, ən prinsipial məqamdır. Təkcə bu iki şəhər deyil, eyni zamanda, maraqların ən kəskin şəkildə toqquşduğu Hələbin gələcəyi ilə bağlı, yəni tam olaraq hansı qüvvənin nəzarətinə veriləcəyi ilə haqda yekdil rəy yoxdur".

Qeyd edək ki, Türkiyə və Azad Suriya Ordusunun (ASO) Suriyada birgə "Fərat qalxanı" adlı uğurlu hərbi əməliyyatları davam edir.

Tarix
2016.09.11 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla