Yuxarı

"Xəmsə" ilk dəfə özbək dilində çap edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə özbək dilində çap edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Mərkəzindən Report-a verilən məlumata görə, tərcümə Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində həyata keçirilib.

Tərcüməni Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev tərəfindən həyata keçirilib. Tərcüməçi yazdığı epiloqda qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir.

O.Buriyevin "Nizami Gəncəvi: Xəmsə" adlı özbək dilində kitabının Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulub.

Zatırladaq ki, hazırda Nizami Gəncəvinin bütün əsərlərinin ayrılıqda özbək dilinə tərcüməsini Özbəkistanın xalq şairi Camal Kamal həyata keçirir və bu tərcümələr hazır olduqda işıq üzü görəcək.

Tarix
2016.09.15 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla