Yuxarı

49 sürücü işdən qovulub - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə cari ilin əvvəlindən 49 sürücünün işdən kənarlaşdırılması barədə göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, buna səbəb həmin daşıyıcı şirkətlərə məxsus xətlərdə istismar olunan avtobusların sərnişindaşıma zamanı qəza şəraiti yaratması olub. İşdən kənarlaşdırılanlar arasında avtobus sürücüləri ilə yanaşı dispetçerlər də var.

N.Allahyarova bildirib ki, 49 nəfərin işdən uzaqlaşdırılmasına sərnişin daşınmasında yol verilən kobud nöqsanlar, sürət həddinin aşılması, davranış qaydalarında yol verdikləri qüsurlar, qəza vəziyyətinin yaranması kimi qayda pozuntuları daxildir.

"İşdən azad olunan sürücülər arasında yenidən işə bərpa olunanlar da var. Sərnişindaşımada kobud qayda pozuntularına yol verən sürücülərdən bəziləri bir neçə aydan sonra həmin daşıyıcı şirkətlərin öz təlim bazasında təlim keçərək yenidən işə bərpa olunub", - deyə N.Allahyarova vurğulayıb.

Tarix
2016.09.20 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla