Yuxarı

Millət vəkili: “Milyardların hara getdiyini soranlar…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovetlər Birliyinin konstitusiyası insanların ən ümdə hüquq və azadlıqlarına təminat verirdi, lakin bizim ölkə də daxil, müttəfiq respublikaların heç birində qazla təminat 50 faizə çatmırdı. Dünyanın üçdə birinə ağalıq edən imperiyadan fərqli olaraq, konstitusiyasız Britaniyada vətəndaşlar evlərində daimi istiliklə təmin olunmuşdular.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Bərdənin Hacallı kəndində qaz açılışı zamanı deyib. Z.Orucun sözlərinə görə, ölkə rəhbərinin tapşırığı ilə növbəti bir kəndə - Hacallıya mavi yanacağın verilməsi əlamətdar hadisəyə çevrildi:

"25 yaşlı müstəqil Azərbaycanın güclü lideri İlham Əliyevin qəbul etdiyi proqramlar sayəsində Qarabağın mühüm bölgələrindən - hərbi mövqeyinə görə istehkamlarından biri olan Bərdə rayonunda insanlar yenidən alovlanan məşəlin işığına toplaşmışdılar. Bir tərəfdən insanlar uzun müddətdir çətinlik çəkdikləri "isti ocaq" problemindən qurtuldular, o biri yandan "neftçilər günü"ndə Azərbaycanın yeraltı sərvəti imam torpağı olan Bərdəyə - onun qədirbilən sakinlərinə çatdırıldı.

Yalnız müharibə ocağına yarayan neftin tarixən və indi bir çox xalqlara bəla gətirdiyini nəzərə alsaq, onda dövlətimizə və ulu öndərimizə dua etməyi hər birimiz üçün mənəvi borc saymalıyıq. Çünki yeraltı zənginliklərin bütün xalqa məxsus olduğununa dair məlum trafaretini müxtəlif tribunalardan səsləndirənlər, yaxud yüz milyarddan artıq gəlirin hara yönəldiyini soranlar dünyada neftin necə böyük bəlalara səbəb olduğunu da vurğulamağı unutmasınlar.

Neft və qazın həqiqi sahibinə o xalq çevrilir ki, o sərvətlərdən ölkənin və hər bir vətəndaşın belindən asılan möhkəm kəmər düzəldə bilsin! Evində istiliyi, suyu, işığı və digər təminatları olan vətəndaş ən ideal və müqəddəs ayələrlə yazılmış konstitusiyalardan üstündür".

Tarix
2016.09.21 / 16:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla