Yuxarı

Qərb Rusiyanı Türkiyə ilə qarşı-qarşıya qoyacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Rusiyanı Türkiyə ilə qarşı-qarşıya qoyacaq

Rusiyanın Suriyadakı imicinin zəifləməsi bir qədər mübahisəlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Rusların hər vasitə ilə Əsəd rejimini müdafiə etdiyini vurğulayan analitik deyib ki, bu, Moskvanı qətiyyən narahat etmir:

"Dünən Hələbin rus qırıcıları tərəfindən bombalanması buna əyani sübutdur. Türkiyənin Suriyadakı əməliyyatlarının sürətini son günlərdə zəiflətməsi isə təbiidir. İlkin mərhələdə Türkiyə qarşıya qoyulan hədəfə tam çata bildi. Bu səbəbdən hazırkı mərhələdə türklərin nöqtə zərbələri həyata keçirməsi hazırda baş verən proseslərin gedişatı baxımından anlaşılan və düzgündür. Unutmaq olmaz ki, rusların son hava zərbələrindən sonra BMT-nin dünənki toplantısında anti-rus əhvala yüklənən Qərb maksimum dərəcədə Türkiyəni Moskva ilə qarşı-qarşıya qoymağa çalışacaq. Bu mənada məhz Hələbin hava hücumuna məruz qalması və Türkiyənin bundan sonra olacaqlara reaksiyası son dərəcə maraqlıdır".

Qeyd edək ki, Türkiyə Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyada 1 aydan artıqdır davam edən "Fərat qalxanı" hərbi əməliyyatlarında xeyli məsafə qət edib.

Tarix
2016.09.27 / 11:32
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla