Yuxarı

Beynəlxalq təşkilatlara referendum çağırışı - ASMA

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) Missiyası ötən gün Azərbaycanda baş tutan referendumla bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert "Avropa Seçkilərin Müşahidəsi Akademiyası" beynəlxalq QHT-sinin üzvü kimi, 26 sentyabr 2016-cı il Konstitusiya İslahatlarına dair Referendumu müşahidə etdi. Müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası və ya ATƏT Parlament Assambleyası kimi qurumların indiki və keçmiş üzvü olaraq, seçkilərin və referendumun müşahidəsində böyük təcrübəyə malikdir.

Bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilmişdir. Mərkəzi Seçki Komissiyası (MSK) əmin etmişdir ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərlərdə bölmələr ayrılmışdır. Qeyd edilmişdir ki, Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılmışdır.

Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılmışdır. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə, adlarını siyahıya əlavə etdirmiş və səs vermişlər.

Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınmışdır.

ASMA müşahidəçiləri Referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparmışdır. Referendum günü ölkə boyu dinc keçmiş, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olmuşdur. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməmişdir. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmamışdır. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilməmişdir. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı.

Mərkəzi Seçki Komissiyasının səsvermə məntəqələrinin 20%-də quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradırdı.

Ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılmışdır. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınmış, lakin səsveməyə təsir etməmişdir. Bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilmişdi. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi.

Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi.

Referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir. Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirmiş, lakin prezident mandatını gücləndirən təklifləri tənqid etmişdir. Biz, xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilmişdir. Seçicilər qeyd etmişlər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünki çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir.

Sonda, beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə çağırır və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət edir. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir.

Onlar həmçinin bütün beynəlxalq təşkilatları Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır.

35 beynəlxalq müşahidəçi adından, deputat Anglu Farrugia, Malta Parlamentinin spikeri, ASMA Müşahidə Missiyasının rəhbəri".

Bəyanat ASMA missiyasının bütün iştirakçıları tərəfindən bazar günü, 26 sentyabrda saat 23:30-da Bakıda Hyatt Park otelinin konfrans zalında təsdiqlənib.

Tarix
2016.09.27 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla