Yuxarı

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında fövqəladə hallarla mübarizənin təşkili mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimə FHN-in müvafiq yerli qurumları, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsi və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə danışılıb, suallar cavablandırılıb.

Daha sonra təlimin praktiki hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan hava limanı ərazisində şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə personalın “təhlükəli ərazidən” təxliyə edilməsi, “onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla həyata keçirilən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Tarix
2024.04.26 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla