Yuxarı

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Güclü Ermənistan Partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi video müraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diaspor ilə əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlayacaq” tezisinə belə cavab verib ki, o, müharibəyə başlamaq fikrində deyil.

Buna baxmayaraq, Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə, “Artsaxda etnik təmizləmə həyata keçirilib” iddiasını səsləndirib.

Paşinyan haqlıdır. Samvel Karapetyan kimi birisinin hakimiyyətə gəlişi sülh quruculuğu və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir. Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var. Məsələn, bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Tarix
2026.04.12 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla