Yuxarı

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Azərbaycan sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçid sülhün nə dərəcədə real olduğunu və Vaşinqtonda, daha əvvəl isə Abu-Dabidə liderlərimizin görüşündə razılaşdırılmış sülh prosesinin həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərən mühüm simvolik addımdır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, “Sülh Körpüsü” təşəbbüsünün məqsədi vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media arasında əlaqə və dialoqu təşviq etməkdir:

“Bu təşəbbüsün iki əsas məqsədi var: Birincisi, Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişədən sonra cəmiyyətləri sülhə hazırlamaqdır. Bu, çox vacibdir.

İkincisi isə bu platforma ekspertlərə dövlət səviyyəsində aparılan danışıqlarda hələ müzakirə olunmayan yeni ideyalar və suallar irəli sürmək imkanı verir, tərəflərin bu ideyalara reaksiyasını yoxlamağa şərait yaradır. Bəzən bu məsələlər rəsmi danışıqlara da daxil edilir.

Bu gün “Sülh Körpüsü” təşəbbüsünün dördüncü görüşünün keçirilməsi artıq özü böyük nəticədir. Başlanğıcda çoxlu tənqidlər və şübhələr var idi — bu təşəbbüsün davam edib-etməyəcəyi, institusional xarakter alıb-almayacağı barədə. Amma artıq dördüncü görüş keçirilir və bu, həmin tənqidlərin əsassız olduğunu göstərir. Bununla yanaşı, təşəbbüs müəyyən normallaşma səviyyəsinə çatıb. Qarşılıqlı səfərlər, əlaqələr və cəmiyyətlərlə aparılan işlər artıq adi hala çevrilir. Ermənistanlı ekspertin Azərbaycanda və ya azərbaycanlı ekspertin Ermənistanda olması qeyri-adi deyil, normal qəbul olunur. Bu da mühüm amildir.

Biz yaxın gələcəkdə bir sıra yeni təşəbbüslər barədə də razılığa gəldik — məqalələr, araşdırmalar, birgə tədbirlər kimi fəaliyyətlər əməkdaşlığımızın əlavə məhsulları olacaq”.

Tarix
2026.04.11 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla