Yuxarı

Səsvermə başladı: Orbanın taleyi həll olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səsvermə başladı: Orbanın taleyi həll olunur

Macarıstanda parlament (Dövlət Məclisi) seçkiləri başlayıb.

Axar.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 mandat uğrunda mübarizə gedir: onların 93-ü partiya siyahıları üzrə, qalan 106-sı isə birmandatlı seçki dairələrində bölüşdürüləcək. Əsas rəqiblər FİDES (Macarıstan Vətəndaş Birliyi) Partiyası və onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası ilə müxalif Tisa Partiyasıdır. FİDES-in lideri hazırkı Baş nazir Viktor Orbandır, "Tisa"ya isə keçmiş hökumət rəsmisi və avrodeputat Peter Magyar rəhbərlik edir.

Analitiklərin qiymətləndirmələrinə görə, digər siyasi qüvvələr arasında beş faizlik seçki baryerini aşmaq və parlamentdə təmsil olunmaq üçün real şanslara yalnız Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal Vətənimiz Partiyası malikdir.

2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkilərində FİDES və XDXP koalisiyası 135 deputat yeri qazanaraq konstitusion səs çoxluğu əldə etmişdi.

Qeyd edək ki, Macarıstanda sükut günü nəzərdə tutulmayıb, lakin səsvermə günü seçki məntəqələrinin 150 metrlik radiusunda təşviqat fəaliyyətinin aparılmasına, eləcə də kütləvi informasiya vasitələrində siyasi reklamın yerləşdirilməsinə qadağa qüvvədədir. Bununla belə, əvvəllər yerləşdirilmiş seçkiqabağı təşviqat materiallarının yığışdırılmamasına icazə verilir.

"Ekzit-poll" məlumatlarının dərcinə seçki məntəqələrinin işi başa çatdıqdan sonra icazə verilir.

Tarix
2026.04.12 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla