Yuxarı

Şimon Peres öldü - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:48

İsrailin insult keçirən keçmiş prezidenti Şimon Peresin səhhəti getdikcə pisləşir.

Axar.az xəbər verir ki, bu barədə Peresin şəxsi həkimi açıqlama yayıb.

"İki həftə ərzində onun səhhəti normal idi. Lakin bu gündən etibarən vəziyyətində geriləmə müşahidə etdik. Daxili orqanlar funksiyalarını yerinə yetirmir", - deyə adı açıqlanmayan həkim bildirib.

Peresin kürəkəni Rafi Valden də məlumatı təsdiqləyərək, onun durumunun son 24 saatda olduqca pisləşdiyini vurğulayıb.

Qeyd edək ki, 2007-2014-cü illərdə İsrailə rəhbərlik edən 93 yaşlı Şimon Peres sentyabrın 13-də insult keçirdiyi üçün Tel-Əvivin Tel-Hoshemer xəstəxanasına yerləşdirilmişdi.

***

İsrailin insult keçirən keçmiş prezidenti Şimon Peresin öldüyü iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb.

O, sentyabrın 13-də insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, 2009-cu ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Formunda o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan Şimon Peresi tənqid edərək Qəzzada günahsız insanları öldürməkdə ittiham etmişdi.

Tarix
2016.09.28 / 00:09
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla