Yuxarı

Bakıda bomba həyəcanı yaratdı, həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Report-un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olnur.

Tarix
2016.09.28 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla