Yuxarı

Müsabiqə: Qalib ol, 5 gün Türkiyəni gəz

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunus Əmrə İnstitutu "Tanpınarı kəşf edirəm" adlı esse yarışması elan edib.

İnstitutdan Axar.az-a verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilir.

Yarışmaya yalnız Tanpınarın yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir və esselərin həcmi minimum 7, maksimum isə 10 min işarə olmalıdır. Yarışmada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Mətnləri bu e-mail ünvanına göndərə bilərsiniz:

[email protected]

Müsabiqəyə esse göndərən müəlliflərdən tərcümeyi-hal, e-mail ünvanı, əlaqə nömrəsi tələb olunur. Esse qəbulu noyabrın 15-də başa çatacaq.

Müsabiqədə yarışan esselər Türkiyə və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək. Yarışmanın nəticələri 2016-cı il dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib olan 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib. Səyahət 2017-ci ilin may ayında baş tutacaq.

Ünvan: Rəşid Behbudov küçəsi 142
Tel. (+994 12) 440-31-05

Qeyd edək ki, "Qanun" nəşriyyatı tərəfindən yarışma müddətində Əhməd Hamdi Tanpınarın kitablarının satış qiymətinə endirim elan olunub. Kitabları Bakı, Az1102, Tiflis pros., 76 ünvanında 6 AZN-ə əldə edə bilərsiniz. Tel.: (+994 12) 431-16- 62; Mob.: (+994 55) 212-42-37

Tarix
2016.09.28 / 18:06
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla