Yuxarı

"Qarabağ münaqişəsinin həlli yolu budur"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, X.Amaria 29-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib.

O, Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

E.Məmmədyarov isə Azərbaycanın Uruqvayla ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Nazir iki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən E. Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq normalarına müvafiq olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu qeyd edib.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi kimi məsələlər də müzakirə olunub.

Tarix
2016.09.28 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla