Yuxarı

"Azərsell"dən tələbələr üçün yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-dan etibarən Azərsell Telekom MMC tələbələr üçün 2016-2017 tədris ili üçün növbəti Təqaüd Proqramına start verir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər "Azərsell" şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

"Tələbə Təqaüdü Proqramı"na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olmaq lazımdır. "Tələbə Təqaüdü Proqramı"na Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir.

Müraciətlər 31.10.2016 tarixinədək qəbul olunacaq.

Qeyd edək ki, "Azərsell" şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə "Azərsell" şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar "Azərsell"dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Bununla da Azərsell Telekom MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir.

Məlumat üçün bildirək ki, "Azercell Telekom" öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Təhsilə və gənclərə yardım etmək bundan sonra da "Azercell" şirkətinin prioritet fəaliyyət sahəsi olacaq.

Tarix
2016.10.01 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla