Yuxarı

Bu iş adamı adamlıqdan çıxardır – Vüsal Məmmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan mediasında xüsusi çəkisi, peşəkar kollektivi olan Azvision.az saytının 4 yaşı tamam olur.

Axar.az xəbər verir ki, "Azvision.az" 2012-ci il oktyabrın 1-dən fəaliyyət göstərir. Xəbər portalı oxucularına 7 dildə operativ məlumatlar verir.

Əlamətdar hadisə ilə bağlı "Azvision.az"ın baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədovla söhbətləşdik:

- Azvision saytının 4 yaşı tamam olur. Sevincinizə qoşuluruq və sizi təbrik edirik. Ad gününüzü necə qeyd etməyi arzulayırdınız, amma reallıqda necə qeyd edəcəksiniz?

- Qeyd etmədim. İşdəyəm və işləyirəm. Məncə, ən yaxşısı da elə budur. Arzuya gəlincə, sakit beyin və xoş əhval ilə qeyd etməyi arzulayardım.

- 4 illik fəaliyyət böyük zaman olmasa da, saytınız bu müddətdə ölkənin xəbər saytları sırasında nüfuz qazana və böyük oxucu auditoriyası toplaya bilib. Baş redaktor kimi sizin üçün "Azvision.az" digər saytlardan nəyi ilə fərqlənir?

- Bu suala formal cavab vermək də olar. Yəni deyə bilərəm ki, ancaq ciddi mövzuları veririk, şou xəbərləri yaxına buraxmırıq, təhlillərə çox yer ayırırıq… Amma formalizmə heç bir həvəsim yoxdur deyə, səmimi fikirləşdiyimi deyim: hər bir sayt öz kollektivinə oxşayır, xüsusilə də baş redaktoruna; onları ortaya çıxaran insanlar bir-birindən nə ilə fərqlənirlərsə, saytlar da elə o cür fərqlənirlər.

- Vüsal bəy, siz həm də dəyərli köşələriniz, təhlillərinizlə oxucuların yaddaşındasınız. Ancaq bütün redaktorların "vaxt qıtlığı", yəqin ki, sizin də iş prinsipinizə təsir edir və ona görə daha az yazırsınız. Vaxt qıtlığından yaza bilmədiyiniz mövzuları necə realizə edirsiniz, oxuculara fikirlərinizi necə çatdırırsınız?

- Mən əvvəlki kimi yazmaq üçün çox darıxıram. Yazmaq gözəldir, ləzzətlidir, haradasa çətindir, ağrılırdır, gözəl yazıdan sonra alınan həzz əvəzsizdir… Amma əvvəlki kimi aktiv yazmamağımın səbəbi təkcə baş redaktorluqla bağlı deyil. Açıq deyə bilmədiyim başqa səbəblər də var. Ürəyimi boşalda bilmək üçün bəzən arada fikirlərimin çox az bir qismini sosial şəbəkədə statuslar kimi yazıram.

- Onlayn media işçiləri üçün deyilən məşhur söz var: "onlayn mediada işin başlanma vaxtı var, amma bitmə vaxtı yoxdur". Bu gərginlikdə işə - yəni özünüzə və ailənizə daha çox vaxt ayıra bilmədiyinizə görə hərdən təəssüflənmirsiniz ki?

- Çox çətindir. Mənəvi yorğunluq və stress getdikcə üst-üstə yığılır və adamı adamlıqdan çıxardır. Bunu heç kim başa düşə bilmir, mən də kiməsə izah etmək həvəsində deyiləm. Rəsul Rza yaxşı deyib ki, od nə çəkdi, küldən soruş. Bizim hansı gərginlikdə işlədiyimizi başqalarına anlatmaq çətindir.

- Azərbaycanda erməni dilində fəaliyyət göstərən ilk saytlardan birisiniz. Artıq bir müddətdir ki, bu layihəniz davam edir. Bu yöndə qarşınıza qoyduğunuz hədəflərlə bağlı danışmağınızı xahiş edirik: daha nələr nəzərdə tutursunuz?

- Hayatsk.info çətin proyektdir. O mənada ki, Azərbaycanda erməni dilini bilənlər olduqca azdır, çoxu da yaşlı nəslin nümayəndələridirlər. Onların onlayn mediada çalışması alınmır. Gənclər arasında isə demək olar ki, kadr yoxdur. Buna baxmayaraq, "Hayatsk.info" Azərbaycan üçün lazımlı və olması vacib bir saytdır. Çünki sadə erməniyə mütləq azərbaycanlı fikrini, mövqeyini çatdırmaq lazımdır.

Axar.az kollektivi olaraq, "azvision"çuları bir daha təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq.

Tarix
2016.10.01 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla